Təqaüdlərə müraciət üçün motivasiya məktubunda bu 3 suala diqqət et

Təqaüdlərə müraciət üçün motivasiya məktubunda bu 3 suala diqqət et

Kateqoriya
Təqaüdlər
Tarix
30 Oktyabr 2023
Paylaş
Müəllif
Aysel Gülməmmədova

Təqaüdlərə müraciət üçün motivasiya məktubunda bu 3 suala diqqət et

Təqaüdlərə müraciət edərkən motivasiya məktubunu yazanda aşağıdakı üç əsas sualı cavabladığından əmin ol. 

 

Təqaüdlərə müraciət etmək gələcək karyera planlarına necə yardımçı olacaq?

Təqaüd Proqramının gələcək karyerana hansı qatqıları olacaq? Arqumentlərində maksimum dəqiq olmanı tövsiyə edirik. Bəlkə bu ixtisasla hər hansı bir startap ideyanı reallaşdırmaq istəyirsən? Belədirsə, niyə məhz seçdiyin ixtisas bu məqsəd üçün önəmlidir?

 

Bilik və təcrübəni Akademiyada təhsilində necə tətbiq edəcəksən?

Bu sualın cavabını mümkün qədər aydın və aidiyyatlı nümunələrlə izah etməyə çalış. Motivasiya məktubun CV ilə birgə nəzərdən keçirilir deyə, bu hissədə CV-də qeyd etdiyin təcrübələrin haqqında daha detallı məlumat verə bilərsən. Məsələn daha öncəki iş yerində üzərində işlədiyin layihə sənə hansı soft və ya hard skill-ləri öyrətdi? Niyə məhz bu skill-ər sənə Akademiya təhsilin boyu yardımçı olacaq?

 

… və son olaraq məktubun strukturu oxucu üçün tam aydındır?

Motivasiya məktubunda fikrini əsaslandırma bacarığın da qiymətləndirilir. Arqumentlərinin aydın, məntiqli olduğundan və mövzudan yayınmadığından əmin ol. Həmçinin mətndə ifadə etdiyin fərqli məqamları abzaslara ayırıb, hər abzasın unikal və bitmiş bir fikir bildirdiyinə diqqət et. :)

Yazarın digər bloqları

Digər bloqlar