Qlobal Məhsul İcması olan “Product Tank”-ın Azərbaycandakı rəsmi nümayəndəsi. O, bu icmanı ölkəyə gətirərək, bütün yerli Məhsul Sahiblərini bir araya gətirib. Öz sahəsində bazarda öndəgələn simalardan olan Şahlar Dəmirli Fintech sahəsində uğur qazanmış Rəqəmsal Məhsullar üzrə mütəxəssisdir. Kapital Bank-da karyerasına başlayan instruktor 6 ay sonra 4 məhsulun Məhsul Sahibliyini icra etməyə başlayır. Whelp Inc, SmilePay kimi texnologiya əsaslı məhsulların ideyadan istehsala qədər bütün proseslərinin qurulması və icrasına nəzarət edib. Onun portfoliosunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Baş Məhsul Sahibi kimi dövlət qurumu da yer alır. Hazırda, Guavapay şirkətində Məhsul Sahibi olaraq fəaliyyət göstərir.