Təqaüd Proqramının imtahan mərhələsinə hazırlaşmağın üçün tövsiyələr.

İlk öncə bu mərhələyə keçmən münasibətilə səni təbrik edirik! Rəqəmsal Gələcək Təqaüd Proqramı üçün imtahana hazırlaşan zaman aşağıdakı 4 sual üzrə tövsiyələrimizi səninlə bölüşürük.

Kateqoriya
Təqaüdlər
Tarix
30 Oktyabr 2023
Paylaş
Müəllif
Aysel Gülməmmədova

İlk öncə bu mərhələyə keçmən münasibətilə səni təbrik edirik!

 

Rəqəmsal Gələcək Təqaüd Proqramı üçün imtahana hazırlaşan zaman aşağıdakı 4 sual üzrə tövsiyələrimizi səninlə bölüşürük. 

 

  1. Müraciət etdiyin sahə üzrə yanaşman bu ixtisasla nə qədər uyğundur?  

 

İlk sualda ixtisasınla bağlı lazım olan yanaşmalara sahib olub-olmadığın ölçülür. Bu hissədə müraciət etdiyin ixtisas ilə bağlı nə qədər məlumat olduğunu öyçməyə çalışırıq.

 

  1. Məntiqi əsaslandırma qabiliyyətin nə qədər güclüdür? 

 

Ümid edirik məntiq sualları ilə aran yaxşıdır, çünki imtahan zamanı həm də sənin məntiqi əsaslandırma bacarığın yoxlanılacaq. İmtahanın bu mərhələsində problem həll etmə qabiliyyətinin nə qədər yaxşı olduğunu yoxlamaq üçün sualları cavablandırırsan. 

 

  1. Araşdırma qabiliyyətin nə qədər yaxşıdır?

 

Bu hissədə mövzu ətrafında doğru suallar verərək araşdırma və məlumat toplama bacarığın yoxlanır. Problemi həll etmək üçün məlumat toplayıb doğru şəkildə analiz edə bilirsənmi? İmtahana tam hazırlıqlı gəlmək üçün araşdırmana indidən başla. 

 

  1. İngilis dili biliyin hansı səviyyədədir? 

 

Və nəhayət, tədris proqramından maksimum fayda əldə etmən üçün ingilis dilində müəyyən səviyyədə anlama və araşdırma etmək bacarığın olmalıdır. İmtahan zamanı dil biliyin də qiymətləndirilir. İngilis dilini nə qədər yaxşı bilsən də, imtahanda həyəcanlanıb unutmağın normaldır. Buna görə hazırlaşmağa elə indi başlamanı məsləhət görürük. İmtahanda uğurlar! :)

Yazarın digər bloqları

Digər bloqlar