Akademiya haqqında

2018-dən bugünə qədər, qlobal dizayn təcrübəsini lokala gətiririk: Akademiya məzunları yalnız yerli şirkətlərin deyil, beynəlxalq şirkətlərin də diqqət mərkəzindədirlər. Kreativ vizyonları ilə dünyanı dizayn edən şəxslər BDA-da dövrün innovativ sahələri üzrə ixtisaslaşır.

Beynəlxalq təhsil modeli və təsdiqlənmiş modullardan ibarət tədris məzmunu.

Qlobal sertifikat

Bakı Dizayn Akademiyası 2021-ci ildən etibarən eyni zamanda ABŞ-ın Adobe və Autodesk şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. Bu nə deməkdir? Adobe və Autodesk imtahanları verib, qlobal sertifikatlı mütəxəssis olmaq istəsən, Akademiya sənə bu şəraiti yaradan ilk və tək lokal mərkəzdir.

20+ MARAQLI LAYİHƏ
80% İŞLƏYƏN MƏZUN
100+ VERİLƏN TƏQAÜDLƏR
20+ MARAQLI LAYİHƏ
80% İŞLƏYƏN MƏZUN
100+ VERİLƏN TƏQAÜDLƏR
20+ TƏDRİS ÜZVÜ
5+ LOKAL TƏDBİR
500+ AKADEMİYA MƏZUNU
10+ BEYNƏLXALQ ƏMƏKDAŞLIQLAR
20+ TƏDRİS ÜZVÜ
5+ LOKAL TƏDBİR
500+ AKADEMİYA MƏZUNU
10+ BEYNƏLXALQ ƏMƏKDAŞLIQLAR

Produktiv mühit

Produktiv olmaqda çətinlik çəkirsən? Saatlar sənin üçün bir göz qırpımında keçir və işlərin hər zaman yarımçıq qalırsa, Akademiya mühitində olmamısan deməkdir. Dərsdən əlavə mentorluq sistemindən tutmuş, brainstorm zonalarına qədər – bütün detallar vaxtını layiqincə yatırım etmənə fokuslanıb.

Beynəlxalq tədris

Burada məqsəd səni yalnız lokal bazarda kadr olmağa hazırlamaq deyil. Adobe və Autodesk şirkətlərinin tədris materialları ilə əldə edəcəyin biliklər və Akademiya təcrübəsi sayəsində yalnız lokal yox, hətta qlobal imkanlar belə özü səni tapacaq.

ÜSTÜNLÜKLƏR

Adobe Sertifikatlı Instruktorlar

Akademiyada təhsili Adobe Certified Professionallardan alırsan. UX/UI dizaynı isə sənə Figmanın Azərbaycan üzrə rəsmi təmsilçisi tədris edir. Yəni? Söhbət qlobal dizayn dərəcələrindən gedir. Bu qədər peşəkarın mentorluğu altında imkanların limitsizdir.

Beynəlxalq metodologiya

Qlobal metodlarla qlobal kadrlar hazırlayırıq: Akademiyada aldığın təhsil beynəlxalq mühitdə Adobe, Microsoft və Autodesk kimi şirkətlərin tədris materialları və praktiki dərsləri əsasında təşkil olunub.

“Dizayn mədəniyyət yaradır. Mədəniyyət dəyərləri formalaşdırır. Dəyərlər gələcəyi müəyyənləşdirir

Robert L.Peters

Karyera Mərkəzi

Gəldik ən həyəcanlı hissəyə. Tədrisini uğurla tamamladın. Bundan sonra hara? Bundan sonrakı yolunda səni Akademiyanın Karyera Mərkəzi qarşılayır. Karyera Mərkəzinin sayəsində ölkənin iri lokal şirkətləri özləri sənlə əlaqə saxlayacaq. Mərkəzdə həmçinin prestijli karyeran boyu sənin kompasın olacaq dəyərli bilgilər əldə edirsən.

Mentorluq sistemi

Dayanmağa vaxt yoxdur: burada inkişaf fasiləsizdir. Akademiyada sən dərsdən əlavə ayrılmış saatlarda mentor dəstəyi əldə edirsən. Yəni prioritet sadəcə inkişafın deyil, davamlı inkişafındır.