BAZA İXTİSASLARI

  • UX&UI Dizayn
  • Modern Qrafik Dizayn
  • İnteryer Dizayn
  • 3D Dizayn
  • 2D Motion Graphics
İxtisası seç
Müraciət et

Nədir?

Harvard Business Review tərəfindən 21-ci əsrin ən perspektivli sahələrindən biri kimi göstərilən UX&UI dizayn sahəsinə olan ehtiyac ölkəmizdə də artmaqdadır.

Bu sahənin mütəxəssisləri təkcə peşəkar dizayner yox, həm də yaxşı araşdırmaçıdır. UX&UI mütəxəssisləri istehlakçı davranışlarını analiz edərək, istifadəçi təcrübəsini yaxşılaşdıran həllər yaradır. Bu isə insanların həyatını asanlaşdırmaqla yanaşı, biznes təyinatlı rəqəmsal məhsulların inkişaf etdirilməsinə imkan verir.

MƏN İXTİSASIMI SEÇMİŞƏM

Ətraflı

    • UX təməlləri
      Bu modul çərçivəsində Akademiya tələbələri User Experience anlayışı və sahəylə bağlı ilkin tanışlıq əldə edir.
    • Araşdırma metodologiyaları
      UX&UI dizayneri təkcə bacarıqlı mütəxəssis yox, həmdə yaxşı araşdırmaçıdır. Bu modul çərçivəsində Akademiya tələbələri araşdırma sahə üzrə araşdırma metodlarını öyrənir.
    • İstifadəçi araşdırması
      Bu modul tələbələrə doğru məhsulu ortaya çıxarmaq üçün istifadəçini anlamağı və onun problemlərinə uyğun həllər yaratmağa yönəlib.
    • İstifadəçi təcrübəsinin analizi
      İnsanların gündəlik olaraq yaşadığı təcrübələr və bu təcrübələrin yaxşılaşdırılmasına yönəlik ideyaların yaradılması bu modul çərçivəsində tədris olunur.
    • Wireframe və prototipləşdirmə
      Bu modul çərçivəsində tələbələr ideyaları sürətli formada sınaqdan keçirtmək və dəyərləndirmək üçün məhsulun ilkin variantını hazırlayır.
    • Rəqəmsal məhsul anlayışı
      Texnologiya və yaradıcılığın köməyi ilə innovativ məhsulların yaradılması bu modul çərçivəsində tədris olunur. Tədris zamanı tələbələr Figma proqramını real layihə üzərində işləyərək öyrənir.
    • Portfolio və fərdi brendinq
      Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.
    • Praktika və diplom işi
      Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.

Tədris prosesi

Tədris haqqında

1-2 AY

UX ARAŞDIRMA

UX DİZAYN

2-4 ay

UI Design

Prototyping

4-7 ay

Məhsul dizaynı

Karyeraya hazırlıq

İNSTRUKTOR

Xəyal Novruz

Akademiyanın UX&UI Dizayn üzrə instruktoru olan Xəyal Novruzov 5 ildən çoxdur ki, dizayn sahəsindədir. Əsasən, mürəkkəb “SaaS” məhsullarının istifadəçi araşdırması və dizayn edilməsi üzrə ixtisaslaşıb. 

UX&UI Dizayn təcrübəsinə “VABISS” IT həlləri şirkətində başlamışdır. Yaratdığı “Papigo” (Dopet) startapı hazırda ABB Innovation-ın rezidentidir və startapın qlobal bazara çıxarılması yönündə hazırlıqlar görür. Hazırda isə Xəyal Unibankda Məhsul Dizayneri kimi karyerasına davam edir. Onun karyerasında UX araşdırması üzrə müxtəlif təyinatlı həllər və rəqəmsal məhsulların istifadəçi təcrübəsi dizaynı mühim yer tutur. Xəyal həm də bir neçə mobil tətbiqin dizayneridir.

Fərqlənən tələbələr

İxtisas üzrə fərqlənən tələbələr

Kənan Dadaşzadə
Kənan Dadaşzadə

Kapital Bank

Nicat Qasımzadə
Nicat Qasımzadə

Qaraj Studio

Səbinə Məmmədova
Səbinə Məmmədova

ei-Link R&D

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya yazıl.

Randevu al

app.foundational_programs.application_sent_msg_title

app.foundational_programs.application_sent_msg_text

Nədir?

Qrafik dizayn şəkil və yazı vasitəsilə informasiyanın ötürülməsi, vizual problemlərin həlli sənətidir. Bu sahədə çalışan mütəxəssislər müasir texnologiyalardan istifadə edərək müxtəlif məcralara uyğun vizual həllər yaradır. Hər gün qarşılaşdığımız loqolar, qablaşdırma dizaynları, billboardlar və digər vizual daşıyıcılar onların xəyal gücünün məhsuludur.

Yaradıcılığın və problemlərin həllinə yönəlik yanaşmanın gündən günə dəyər qazandığı müasir biznes mühitində dizayn mütəxəssislərinə böyük tələb var.

MƏN İXTİSASIMI SEÇMİŞƏM

Ətraflı

    • Qrafik Dizayn elementləri
      Dizayn ən köklü və tarixi sahələrdən biridir. Hələ texnologiyanın olmadığı dövrlərdə insanlar öz fikirlərini müxtəlif qrafiki elementlər əsasında göstərməyə üstünlük verirdilər. Bu modul tələbələri Qrafik dizayn sahəsinin inkişaf xətti və cərəyanlar ilə tanış etməyə yönəlib.
    • Qrafik Dizayn prinsipləri
      Dizaynerlər vizual kommunikasiya üzrə təməl biliklərə və standartlara bələd olmalıdır. Bu modul çərçivəsində Akademiya tələbələri vizual kommunikasiya ilə bağlı bilik və təcrübəyə yiyələnir.
    • Poster dizaynı
      Bu modul çərçivəsində tələbələr manipulyasiya və retouch yanaşmalarından istifadə etməklə poster dizaynını öyrənir.
    • İllustrasiya
      Adobe Illustrator və Photoshop proqramlarında illustrasiyaların hazırlanması bu modul çərçivəsində tədris olunur.
    • Loqo dizaynı
      Tədris zamanı tələbələr brendlər üçün loqotiplərin hazırlanmasının əsaslarını, skeçlər etməyi, loqonun növlərini və işə başlamadan öncə ehtiyaclara uyğun loqo kateqoriyasının seçilməsini və s. öyrənir.
    • Brendinq
      Brendinq bir markanın təmsil etdiyi dəyərlərin və üslubunun təcəssümüdür. Bu modul çərçivəsində tələbələr markalar üçün brendinq layihələrinin hazırlanmasını öyrənir.
    • Çap dizaynı
      Çap dizaynı özündə dərgi, kitab, jurnal və s. mətbəə məhsulları üçün vizual həllərin yaradılmasını əhatə edir.
    • Qablaşdırma dizaynı
      Fiziki məhsullar üçün qablaşdırma həllərinin yaradılması və dizaynın hazırlanması bu modul çərçivəsində tədris olunur.
    • Portfolio və şəxsi brendinq
      Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.
    • Praktika və diplom işi
      Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.

Tədris prosesi

Tədris haqqında

1-2 AY

Dizayn nəzəriyyəsi

Qrafik dizayn təməlləri

2-5 AY

Dizayn növləri

Praktiki layihələr

5-7 AY

Karyeraya hazırlıq

Diplom işi

İNSTRUKTOR

Emil İsmayılov

2007-ci ildən etibarən dizayn sahəsində fəaliyyət göstərən Emil İsmayılov ölkədə 3D Dizaynı deyəndə ağıla gələn ilk adlardan biridir. Bakalavr təhsilini Vytautas Magnus universitetində alan təcrübəli İnstruktor, karyerasına Qrafik Dizayner kimi başlayıb. O bir sıra agentliklərdə, dövlət müəssisələrində iri həcmli layihələrin hazırlanmasında iştirak edib. Karyerasına daha sonra Art-direktor kimi davam edən Emil, beynəlxalq miqyasda bir neçə layihənin müəllifi olub. Emil son bir neçə il ərzində karyerasına 3D Dizayn sahəsində davam edib. Hal hazırda onun portfoliosunda yerli və qlobal bir çox şirkətlər üçün yaradılmış 3D Dizayn həlləri geniş yer tutur. Emil İsmayılov Akademiyada 3D Dizayn ixtisasını tədris edir.

İNSTRUKTOR

Nuriman Zakiroğlu

“Çox effekt verəndə nəticə effekt vermir”

Nuriman Zakiroğlu – Akademiyanın Qrafik Dizayn Instructoru

Nuriman Zakiroğlu dizayn istedadını gənc yaşlarda kəşf edərək bu sahəyə illərini investisiya etmiş sayılı dizaynerlərdən biridir. Karyerasına tam ixtisaslı peşəkar dizayner kimi 2015-ci ildən başlamış və bu müddət ərzində bir çox uğurlara imza ataraq işləri ilə nəhəng auditoriyalara xitab etmişdir.

Fərqlənən tələbələr

İxtisas üzrə fərqlənən tələbələr

Ravil Aslanov
Ravil Aslanov

Beyli Media

Nərmin Fərzəli
Nərmin Fərzəli

Maverick

Nərmin Bünyadzadə
Nərmin Bünyadzadə

Yugen

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya yazıl.

Randevu al

app.foundational_programs.application_sent_msg_title

app.foundational_programs.application_sent_msg_text

Nədir?

İnteryer dizayn sahəsi müxtəlif təyinatlı məkanların və ərazilərin vizual cəhətdən layihələndirilməsinə yönəlib. Bu sahənin mütəxəssisləri insanların həyat keyfiyyətinə bir-başa təsir edən həllər yaradırlar. Erqonomik və funksional mühitlər yaratmaq üçün müxtəlif amilləri nəzərə alan interyer dizaynerlərə bu işdə ən müasir texnologiyalar kömək edir. Bu isə mənzillərin, ofislərin, gündəlik olaraq qarşılaşdığımız obyektlərin daha komfortlu və cəlbedici olmasına gətirib çıxarır.

MƏN İXTİSASIMI SEÇMİŞƏM

Ətraflı

    • İnteryer dizayn əsasları
      Bu modul çərçivəsində Akademiya tələbələri İnteryer Dizayn sahəsi ilə bağlı ilkin tanışlıq əldə edir.
    • İnteryer dizayn tarixi
      İnteryer dizayn kifayət qədər köklü və maraqlı tarixi olan sahələrdən biridir. Modul çərçivəsində tələbələr bu sahənin inkişaf tarixçəsi ilə tanış olur.
    • Layihələndirmə və eskiz
      Modul özündə layihənin əsas hissələrinin təyin olunmasını və Autocad proqramı ilə işçi layihəsinin hazırlanmasını birləşdirir. Layihələndirilmə prosesində tələbələr təmir prosesləri və yerli bazarda mövcud materiallar barədə baza təsəvvürlər əldə edir.
    • Vizualizasiya və tənzimləmə
      İnteryer və eksteryer layihələrində süni işıqlandırma, təbii işıqlandırma, kölgələrdən istifadə və s. vizualizasiya metodları bu modul çərçivəsində tədris olunur.
    • Modelləmə və 3D
      Bu modul 3Ds Max proqramı vasitəsi ilə müxtəlif təyinatlı obyektlərin üç ölçülü fəzada modellənməsi və emalını əhatə edir.
    • Render və post production
      Hazırlanan layihələrin render olunması və layihə görüntülərinin Adobe Photoshop proqramı vasitəsi ilə təqdimata hazırlanması bu modul çərçivəsində tədris olunur.
    • Portfolio və fərdi brendinq
      Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.
    • Praktika və diplom işi
      Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.

Tədris prosesi

Tədris haqqında

1-2 AY

İnteryer dizayn əsasları

Layihə tərtibatı

3-5 AY

Layihələndirmə

Vizualizasiya

5-7 AY

Sahə praktikası

Bitirmə layihəsi

İNSTRUKTOR

Sərxan Abdullazadə

İşini hobbisi kimi sevən instruktor artıq 8 ildir ki, bu sahədədir. Karyerasına hamının tanıdığı ADA Universitetinin tikilişində sahə memarı kimi başlayır və sonra 4 il  ərzində “Fontana Grande” şirkətində memar kimi çalışır. 2018-ci ildə yaratdığı “Tetto” şəxsi brendi ilə isə indiyə qədər "Sağlam Ailə" - Gəncə filialının restovrasiyası kimi 20-dən çox layihəyə imza atmışdır. Həmçinin,  “WakeUP Coffee” və “GAB to Go” kimi məkanların interyer dizaynı da instruktora aiddir. 2022-ci ildə prestijli dizayn müsabiqəsində də Eksteryer Dizayn üzrə nominantlardan biri olan instruktor indi öz bilik və təcrübələrini Akademiyanın İnteryer Dizayn tələbələrinə ötürür.

Fərqlənən tələbələr

İxtisas üzrə fərqlənən tələbələr

Aysu Polyakova
Aysu Polyakova

Lord Sirius MMC

Jamila Elshan
Jamila Elshan

Charbag LTD

Günay Səlimbəyli
Günay Səlimbəyli

Freelancer

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya yazıl.

Randevu al

app.foundational_programs.application_sent_msg_title

app.foundational_programs.application_sent_msg_text

Nədir?

Disney filmlərində gördüyün o orijinal və rəngarəng personajları 3D sahəsini bilməklə səndə yarada bilərsən. Metaverse və NFT mövzularından xəbərdarsansa bu sahənin nə dərəcə potensiallı olduğunu vurğulamağa gərək yoxdur. Azərbaycanın 3D sahəsində tək professional tədris mərkəzində təhsil alıb qlobal mühitdə işə başlamaq istəyirsənsə doğru səhifədəsən.

MƏN İXTİSASIMI SEÇMİŞƏM

Ətraflı

    • 3D Dizayna giriş
      Bu modul çərçivəsində tələbələr 3D Dizayn sahəsinə ilk addımlarını atmaqla yanaşı, sahə üzrə ən təməl bilikləri əldə edir.
    • Cinema 4D ilə tanışlıq.
      Bu modul çərçivəsində tələbələr Cinema 4D proqramı, pəncərələr və menyular, proqramın təklif etdiyi imkanlarla tanış olur.
    • Sadə fiqurlar və elementlər
      Cinema 4D proqramından istifadə etməklə sadə quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.
    • Mürəkkəb obyektlər və fiqurlar
      Cinema 4D proqramından istifadə etməklə mürəkkəb quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.
    • Elementlərin hərəkətə gətirilməsi
      Bu modul tələbələrin yaratdığı 3D fiqurları və obyektləri hərəkətə gətirməyə, dinamiki qrafik elementlər yaratmağa yönəlib.
    • Səhnələr, rakurslar
      Cinema 4D-də yaradılan vizual həllərin görüntülənmə paratmetrləri, səhnələr və rakurslarla iş bu modul çərçivəsində tədris olunur.
    • Modeling & Sculpting
      Bu modul çərçivəsində tələbələr rəqəmsal personajların yaradılmasını və modellənməsini öyrənir.
    • NFT və Stock fəaliyyəti
      3D Dizayn üzrə vacib bilikləri əldə edən tələbələr daha sonra öz layihələrini gəlirə çevirməklə bağlı biliklərə bu modul çərçivəsində yiyələnir.
    • Portfolio və şəxsi brendinq
      Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.
    • Praktika və diplom işi
      Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.

Tədris prosesi

Tədris haqqında

1-2 AY

3D Dizayna giriş

Elementlər və fiqurlar

3-5 AY

Hərəkətli qrafika

Layihə tərtibatı

5-7 AY

Praktiki layihələr

Bitirmə layihəsi

İNSTRUKTOR

Emil İsmayılov

2007-ci ildən etibarən dizayn sahəsində fəaliyyət göstərən Emil İsmayılov ölkədə 3D Dizaynı deyəndə ağıla gələn ilk adlardan biridir. Bakalavr təhsilini Vytautas Magnus universitetində alan təcrübəli İnstruktor, karyerasına Qrafik Dizayner kimi başlayıb. O bir sıra agentliklərdə, dövlət müəssisələrində iri həcmli layihələrin hazırlanmasında iştirak edib. Karyerasına daha sonra Art-direktor kimi davam edən Emil, beynəlxalq miqyasda bir neçə layihənin müəllifi olub. Emil son bir neçə il ərzində karyerasına 3D Dizayn sahəsində davam edib. Hal hazırda onun portfoliosunda yerli və qlobal bir çox şirkətlər üçün yaradılmış 3D Dizayn həlləri geniş yer tutur. Emil İsmayılov Akademiyada 3D Dizayn ixtisasını tədris edir.

Fərqlənən tələbələr

İxtisas üzrə fərqlənən tələbələr

Güllübəyim Əliyeva
Güllübəyim Əliyeva

Media Balans

Şamil Manaf
Şamil Manaf

Freelancer

Sunal Namazov
Sunal Namazov

Freelancer

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya yazıl.

Randevu al

app.foundational_programs.application_sent_msg_title

app.foundational_programs.application_sent_msg_text

Nədir?

Animasiya Dizaynı sahəsi vizual elementlərin və qrafik təsvirlərin dinamik obyektlərə çevirilməsini, özəl effektlərin yaradılmasına yönəlib. Müasir texnologiyalar bu sahənin mütəxəssislərinə insan təxəyyülünün sərhədlərində hərəkət edərək müxtəlif çətinlikdə vizual həllər yaratmaq imkanı verir. Son illərdə video məzmununa ehtiyacın artması, stream platformalarının inkişafı nəticəsində animasiya dizaynı dövrün trend sahələrindən birinə çevrilib.

MƏN İXTİSASIMI SEÇMİŞƏM

Ətraflı

    • Alətlər və pəncərələr
      Tədrisin başlanğıcında tələbələr Adobe After Effects proqramında alətlər və pəncərələrlə tanış olur, proqram təminatı ilə ilkin təsəvvür əldə edir.
    • Video və post production
      Dərslər zamanı animasiyaların video daxilində istifadə olunmasına, videoların redaktəsi öyrənilir.
    • Video anlayışı və nəzəriyyə
      Dərslər zamanı tələbələr video dizaynının əsasları ilə tanış olmaqla yanaşı format və kodekləri, vacib motion graphics elementlərini öyrənir.
    • Duik bassel və 2D
      Duik Bassel 2D elementlərin modellənməsi və hərəkətə gətirilməsi üçün güclü proqram təminatıdır. Dərslər zamanı tələbələr müstəvi üzərində müxtəlif obyektləri modelləməyi və hərəkətə gətirməyi öyrənir.
    • Vizual effektlər və 3D
      Dərslər zamanı tələbələr müxtəlif tipli 3D effektləri və qrafiki elementlərin hərəkətə gətirilməsini öyrənir.
    • Pluginlər və scriptlər
      Dərslər proqram təminatında işləmək üçün əlavə modifikasiyaların, scriptlərin və pluginlərin tətbiq olunmasını əhatə edir.
    • Post production
      Hazırlanmış layihənin təqdimata uyğun hala gətirilməsi və lazımi düzəlişlərin edilməsi tədrisin bu hissəsində öyrədilir.
    • Portfolio və stock fəaliyyəti
      Tədris zamanı tələbələr öz portfoliolarını formalaşdırmağı, stok fəaliyyəti və frilans işlə məşğul olmaq üçün saytları, həmçinin bu saytlarda fəaliyyətin irəllidilməsi metodlarını öyrənir.
    • Praktika və diplom işi
      Praktiki dərsləri uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.

Tədris prosesi

Tədris haqqında

1-2 AY

Animasiya dizaynına giriş

Video və post production

3-5 AY

Rəqəmsal qrafika

Vizual effektlər

4-6 AY

Praktiki Layihələr

Stock Fəaliyyəti

İNSTRUKTOR

Səmidxan Talışınski

“Hər kəs öyrənəcək, əgər öyrənmək istəyi varsa” Samidxan Talışinski– Akademiyanın Animasiya Dizaynı Instructoru. Samidxan Talışinski animasiya dizaynı sahəsində artıq 11 ildir ki, fəaliyyət göstərir. Həm xarici, həm də yerli bazarın iş mühitini təcrübə etmiş Samidxan Talışınski bu müddət ərzində 2D Animasiyalar, VFX effektləri və hərəkətli qrafika sahələrində peşəkarlıq qazanmışdır. 2015-ci ildən mütəxəssis özünü stok veb səhiflərdə avtor olaraq yoxlayır və bu sahədə çox böyük uğurlar qazanır. Instructor “Motionarray”, “Pond5”, “Envato”, “MotionElements” və s. kimi stok saytlarda bir neçə dəfə ilin ən yaxşı “Wedding Template” hazırlayıcısı olaraq seçilmişdir.

Fərqlənən tələbələr

İxtisas üzrə fərqlənən tələbələr

Simura Babayeva
Simura Babayeva

Bazarstore

Zamiq Babayev
Zamiq Babayev

Azad Azərbaycan TV

Nəsirova Elvira
Nəsirova Elvira

Freelancer

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya yazıl.

Randevu al

app.foundational_programs.application_sent_msg_title

app.foundational_programs.application_sent_msg_text