BİZNES VƏ PROQRAMLAŞDIRMA

  • Məhsul Sahibi
  • Data Science
Artıq ixtisasını seçmisən?
Müraciət et

Nədir?

Məhsul sahibi məhsula maksimum dəyər qatan şəxsdir. Onun əsas işi bir məhsulun bazara çıxa bilməsi üçün lazım olan bütün prosesin başdan sona bütün mərhələlərini planlama və icrasında komandaya dəstək olmaqdır. Bazar araşdırması, məhsul özəlliklərinin müəyyənləşdirilməsi, Stakeholderlərlə iş, komandaya liderlik etmək Məhsul Sahibinin əsas vəzifələridir.

Tam mənlikdir

Tədris modulları

    • Təməllər
      Biznes Analistin rolu, Stakeholder-lərin istəklərinin toplanması, interviyuların aparılması, prosesin ümumi xəritəsini çıxarmaq, prioritetləri müəyyənləşdirmək, "user story"nin çıxarılması və s. Kimi mövzular bu bölmədə tədris edilir.
    • "Stakeholder" Menecment
      "Stakeholder"in gözləntilərini anlamaq və onlarla effektiv əlaqələr qurmaq
    • "Agile"
      "Agile" metodları və üsulları, zəruri ehtiyacların müəyyənləşməsi və idarəsi
    • Biznes Analitika alətləri və üsulları
      JIRA, Confluence, və Visio kimi alətlər, data analiz və vizualizasiya alətləri, layihənin həyat dövründə biznes təhlisi və s öyrənilir.
    • QA testi
      Bu bölmədə proqram təminatının sınaqdan keçirilməsi və QA prinsiplərinə giriş, test yanaşmaları və strategiyaları, testin planlaşdırılması və icrası tədris edilir.
    • Təməllər
      Rəqəmsal məhsulu olan şirkətlərdə missiya, vizionun önəmi, məhsul strategiyası, strateji məqsədlərin təyin olunması və s.
    • Roadmapping: Tools and Techniques
      Effektiv yol xəritələrinin yaradılması üsulları, yol xəritələrini vizuallaşdırmaq üçün alətlər.
    • Araşdırma metodları və "Design Thinking"
      Müxtəlif tədqiqat metodologiyaları, kəmiyyət və keyfiyyət tədqiqat yanaşmaları, hipotezlərin formalaşdırılmasının əsasları, "Dizayn Thinking" prinsipləri və nümunələri, istifadəçi müsahibələrinin hazırlanması və aparılması.
    • "Backlog" idarəetməsi
      Agile metodologiyalarının icmalı: Agile, Scrum, Kanban və s, Layihə İdarəetmə İnstitutu (PMI) və Beynəlxalq Biznes Təhlili İnstitutu (IIBA) metodologiyaları, Prioritetləşdirmə.
    • Məhsul metrikləri və ölçmə alətləri
      İstifadəçi cəlb etmək üçün metriklər, performans və müştəri məmnuniyyəti metrikləri, Google Analytics, Yandex Metrica və s. kimi analitik alətlər.
    • Yumuşaq bacarıqlar
      Empatiyanın vacibliyi, netvörkinq və kommunikasiyanın əsasları, komanda işi, münaqişələrin həlli, vaxtın idarə edilməsi və planlaşdırılması, emosional zəka, hipotezləri müdafiə etmək və aktiv dinləmə bacarıqları.
  • Bu mərhələdə Məhsul Sahibi real komanda ilə birgə çalışaraq, məhsulun ilkin ideyadan Minimum Viable Product (MVP) mərhələsinə qədər inkişafına rəhbərlik edəcək. Komanda iki həftəlik sprintlərdə fəaliyyət göstərən Agile yanaşma ilə işləyəcək. Hər bir sprint planlaşdırma sessiyası ilə başlayacaq, ardınca gündəlik görüşlər, biznes maraqlı tərəfləri ilə baxış və komanda ilə retrospektiv görüşlər keçiriləcək.

     

    Məhsul Sahibinin və məhsulun özünün inkişafına dəstək olmaq üçün həftədə iki dəfə təlimçilər ilə iki saatlıq görüşlər keçiriləcək. Təlimçilər bu mərhələdə bir müddət Agile Kouçları, bir müddət Baş Məhsul Sahibləri və bir müddət də biznes tərəfdən C level əməkdaşları kimi iştirak edəcək. 

İNSTRUKTOR

Şahlar Dəmirli

Qlobal Məhsul İcması olan “Product Tank”-ın Azərbaycandakı rəsmi nümayəndəsi. O, bu icmanı ölkəyə gətirərək, bütün yerli Məhsul Sahiblərini bir araya gətirib. Öz sahəsində bazarda öndəgələn simalardan olan Şahlar Dəmirli Fintech sahəsində uğur qazanmış Rəqəmsal Məhsullar üzrə mütəxəssisdir. Kapital Bank-da karyerasına başlayan instruktor 6 ay sonra 4 məhsulun Məhsul Sahibliyini icra etməyə başlayır. Whelp Inc, SmilePay kimi texnologiya əsaslı məhsulların ideyadan istehsala qədər bütün proseslərinin qurulması və icrasına nəzarət edib. Onun portfoliosunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Baş Məhsul Sahibi kimi dövlət qurumu da yer alır. Hazırda, Guavapay şirkətində Məhsul Sahibi olaraq fəaliyyət göstərir.

İNSTRUKTOR

Şəhruz Həsənli

13 illik karyera. London School, Colorado University, University of Virginia, PSPO I kimi sertifikatların sahibi. 

Pərakəndə bankçılığn yenidən qurulması, pərakəndə bank məhsullarının yaradılması, mobil app, internet banking, MPOS xidmətinin istifadəyə verilməsi kimi 100-lərlə layihələrdə prosesləri aparmışdır. 

PashaBank, RabitaBank, ExpressBank, ATB Bank, Ziraat Bank kimi sanballı banklarda fəaliyyət göstərən instruktor hazırda AzinTelecom şirkətində Rəqəmsal Məhsul Meneceri olaraq çalışır.

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya qatıl.

Randevu al

Müraciət mətni

Müraciətiniz qəbul olundu.

Nədir?

Data Science, müxtəlif alət, üsul və texnologiyaları bir araya gətirib, datalardan nəticə əldə edərək  bu nəticəni müəyyən bir problemin həlli üçün istifadə edir. Bu sahə 4 təməl yol izlənərək verilənlər bazası üzərində işləməyi təmin edir. Bir Data Scientist işə data əldə etməklə başlayır, bu dataları nizamlayır, modelləşdirir və sonda nəticələri dəyərləndirir. Bir sözlə, Data Science hansısa bir məhsul və ya şirkət üçün öncədən biznesyönümlü proqnozlar verir,  fərqinə varılmayan boşluqları ortaya çıxara bilir və bunun həlli yönündə məlumatlar depolayır. Bunun nəticəsində şirkətlər innovasiya və yeniliklər edə bilir, müştərilərinə daha yaxşı təkliflər edərək müştəri məmnuniyyətini artıra bilir. Bu səbəbdən Data Science getdikcə daha da prestijli sahəyə çevrilir və günümüzdə bu sahənin mütəxəssislərinə şirkətlərdə olduqca böyük tələb mövcuddur.

Tam mənlikdir

Tədris modulları

    • Programming Fundamental
      Bu modulda tələbələr data tipləri və funksiyaları haqqında ümumi təsəvvürlər əldə edirlər.
    • Statistics
      Bu modulda sahənin özəyi sayılan Statistika-nın incəlikləri sıfırdan öyrənilir, “Covariance” və “Correlation” statistik indiqatorların işləmə prinsipləri, Hypothesis Testing, Chi-Square Testing, A/B Testing kimi biliklər praktika əsasında tədris edilir.
    • Data Literacy and Analysis
      Bu modulda tələbələr data tipləri və funksiyaları haqqında ümumi təsəvvürlər əldə edirlər.
    • Machine Learning
      Bu modul üzrə tələbələrə modelləşdirmə, “K-Nearest Neighbor”, “SVM”, “Naïve Bayes” kimi Machine Learning alqoritmləri, Bagging/Boosting/Stacking metodları tədris edilir.
İNSTRUKTOR

Məmməd Abbaslı

Məmməd Abbaslı data elmi sahəsində seçilən mütəxəssislərdəndir. Onun çox yüksək səviyyədə təhlil, problemlərin həlli və proqramlaşdırma bacarıqları var. Fəaliyyət göstərdiyi sahələrdə, xüsusilə bankçılıq və proqram təminatı sahəsində keçirdiyi vəzifələrlə çox zəngin bir iş təcrübəsinə sahibdir.

Yildiz Technical University-də tamamladığı kompüter elmləri bakalavr təhsili ilə güclü akademik təcrübəyə sahibdir. Məmməd'in layihələri arasında risk idarəetməsi, büdcə planlaşdırması və obyekt aşkar etmə kimi müxtəlif sahələrdə data optimallaşdırma həlləri var. 

Randevu al

Müraciət formunu doldurmaqla akademiyada ödənişsiz konsultasiyaya qatıl.

Randevu al

Müraciət mətni

Müraciətiniz qəbul olundu.