CV və Motivasiya məktubunla müraciət et.

Özün haqqında yazdıqlarının oxucuya tam aydın və faydalı olması önəmlidir.

Bu yolda rahat addımlaman üçün Akademiya sənə 4 ədəd tövsiyə hazırladı. CV-ni Dizayn Təqaüd Proqramı üçün maksimum faydalı etmək üçün bu linkə, motivasiya məktubunda özünü düzgün ifadə etmən üçün bu linkə daxil ol.

İmtahanda iştirak

Növbəti mərhələdə iştirak etmək üçün imtahanda özünü doğrultmalısan.

İmtahan sualları namizədlərin əlaqədar sahə üzrə bilik və bacarıqlarını qiymətləndirməyə yönəlib.

Müsahibədə iştirak et

Müsahibədə iştirak

Fərdi müsahibələr təqaüd qazanmaq üçün sonuncu mərhələdir. Bu mərhələdə özünü düzgün ifadə etmən və potensialını göstərmək üçün bu yazıya nəzər sal.

Qalib ol

Nəticələrin elanı

Müsabiqənin bütün mərhələlərində özünü doğrultmuş namizədlər müxtəlif həcmlərdəki təqaüdləri əldə edəcək.

Müraciət et

Təqaüdə müraciət etmək üçün müvafiq formu doldurun.

Son müraciət tarixi:

06.09.2022

Ən çox soruşulan suallar

  • Təqaüd 30 istedadlı şəxsə gələcəyini sahibkarlıq, startaplar və modern innovativ karyera yollarından birində qurmaq fürsəti yaradır.

  • Təqaüdə qəbul olmaq üçün üç mərhələni keçmən lazımdır, CV ilə motivasiya məktubunu Akademiyaya göndərmək, test imtahanını vermək və müsahibədə iştirak etmək.

  • Təqaüdə müraciət etmək üçün müvafiq müraciət formunda öz məlumatlarını daxil etdikdən sonra CV və motivasiya məktubunu yüklə və müraciət et sözünə kliklə.

  • Dizayn sahəsində tədris almaq istəyən hər kəs təqaüdlərə müraciət edə bilər. Yalnız Advanced UX&UI ixtisası üçün müəyyən səviyyədə baza bilikləri tələb olunduğundan təqaüdə müraciət edənlərin bu tələbləri qarşılaması gözlənilir. Bu şərtlərlə tanış olmaq üçün linkə keçid edin.