Müraciət et
Təqaüdə müraciət etmək üçün müvafiq formu doldurun.
Bu yolda rahat addımlaman üçün Akademiya sənə 4 ədəd tövsiyə hazırladı. CV-ni Təqaüd Proqramı üçün maksimum faydalı etmək üçün bu linkə, motivasiya məktubunda özünü düzgün ifadə etmən üçün bu linkə daxil ol.
İmtahan sualları namizədlərin əlaqədar sahə üzrə bilik və bacarıqlarını qiymətləndirməyə yönəlib.
Fərdi müsahibələr təqaüd qazanmaq üçün sonuncu mərhələdir. Bu mərhələdə özünü düzgün ifadə etmən və potensialını göstərmək üçün bu yazıya nəzər sal.
Müsabiqənin bütün mərhələlərində özünü doğrultmuş namizədlər müxtəlif həcmlərdəki təqaüdləri əldə edəcək.
Təqaüdə müraciət etmək üçün müvafiq formu doldurun.
Son müraciət tarixi:
Təqaüd istedadlı gənclərə gələcəyini sahibkarlıq, startaplar və modern innovativ karyera yollarından birində qurmaq fürsəti yaradır.
Təqaüdə qəbul olmaq üçün üç mərhələni keçmən lazımdır, CV ilə motivasiya məktubunu Akademiyaya göndərmək, test imtahanını vermək və müsahibədə iştirak etmək.
Təqaüdə müraciət etmək üçün müvafiq müraciət formunda öz məlumatlarını daxil etdikdən sonra CV və motivasiya məktubunu yüklə və müraciət et sözünə kliklə.
İnnovativ sahələrdə tədris almaq istəyən hər kəs təqaüdlərə müraciət edə bilər. Yalnız Advanced UX&UI ixtisası üçün müəyyən səviyyədə baza bilikləri tələb olunduğundan təqaüdə müraciət edənlərin bu tələbləri qarşılaması gözlənilir. Bu şərtlərlə tanış olmaq üçün linkə keçid edin.