Proqramlar

Akademiyada dizayn dünyasının aşağıdakı nəhəng sahələri tədris olunur. Hər biri haqqında ətraflı məlumatı ikonlara bircə dəfə klikləyərək əldə edə bilərsiniz.

Modern Qrafik dizayn nədir?

Qrafik dizayn şəkil və yazı vasitəsilə informasiyanın ötürülməsi, vizual problemlərin həlli sənətidir. Bu sahədə çalışan mütəxəssislər müasir texnologiyalardan istifadə edərək müxtəlif məcralara uyğun vizual həllər yaradır. Hər gün qarşılaşdığımız loqolar, qablaşdırma dizaynları, billboardlar və digər vizual daşıyıcılar onların xəyal gücünün məhsuludur.

 

Yaradıcılığın və problemlərin həllinə yönəlik yanaşmanın gündən günə dəyər qazandığı müasir biznes mühitində dizayn mütəxəssislərinə böyük tələb var.


Kimlər üçündür?

Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.


Proqramın məzmunu

Qrafik Dizayn təhsil proqramının məzmunu Adobe şirkətinin əlavələri və tədris materialları əsasında hazırlanmışdır. Proqram beynəlxalq miqyasda təsdiqlənmiş metodologiyalardan və modullardan təşkil olunduğundan məzunlara Adobe sertifikatlarını da əldə etmək imkanı yaradır.

 

6 ay davam edən tədris prosesində tələbələr texniki biliklərə yiyələnməklə yanaşı, dizayn sahəsi ilə bağlı cərəyanları və nəzəriyyəni öyrənir. Tədrisin bu hissəsi proqram məzunlarını beynəlxalq əmək bazarının tələb olunan mütəxəssisi kimi formalaşdırmağa yönəlib.

  • Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.

     

    Qrafik Dizayn elementləri

    Dizayn ən köklü və tarixi sahələrdən biridir. Hələ texnologiyanın olmadığı dövrlərdə insanlar öz fikirlərini müxtəlif qrafiki elementlər əsasında göstərməyə üstünlük verirdilər. Bu modul tələbələri Qrafik dizayn sahəsinin inkişaf xətti və cərəyanlar ilə tanış etməyə yönəlib.

    Qrafik Dizayn prinsipləri

    Dizaynerlər vizual kommunikasiya üzrə təməl biliklərə və standartlara bələd olmalıdır. Bu modul çərçivəsində Akademiya tələbələri vizual kommunikasiya ilə bağlı bilik və təcrübəyə yiyələnir.

  • Başlanğıc modulları uğurla tamamlayan tələbələr daha sonra Qrafik dizayn sahəsinin müxtəlif istiqamətləri ilə bağlı vacib modulları əldə edir.

     

    Poster dizaynı

    Bu modul çərçivəsində tələbələr manipulyasiya və retouch yanaşmalarından istifadə etməklə poster dizaynını öyrənir.

    İllustrasiya

    Adobe Illustrator və Photoshop proqramlarında illustrasiyaların hazırlanması bu modul çərçivəsində tədris olunur.

    Logo dizaynı

    Tədris zamanı tələbələr brendlər üçün loqotiplərin hazırlanmasının əsaslarını, skeçlər etməyi, loqonun növlərini və işə başlamadan öncə ehtiyaclara uyğun loqo kateqoriyasının seçilməsini və s. öyrənir.

    Brendinq

    Brendinq bir markanın təmsil etdiyi dəyərlərin və üslubunun təcəssümüdür. Bu modul çərçivəsində tələbələr markalar üçün brendinq layihələrinin hazırlanmasını öyrənir.

    Çap dizaynı

    Çap dizaynı özündə dərgi, kitab, jurnal və s. mətbəə məhsulları üçün vizual həllərin yaradılmasını əhatə edir.

    Qablaşdırma dizaynı

    Fiziki məhsullar üçün qablaşdırma həllərinin yaradılması və dizaynın hazırlanması bu modul çərçivəsində tədris olunur.

  • Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.

     

    Portfolio və şəxsi brendinq

    Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.

    Praktika və diplom işi

    Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.



Məzun karyerası

Akademiyada Qrafik Dizayn təhsil proqramı bu günə qədər 400-dən artıq məzun verib. 

Məzunlar indi ölkənin böyük şirkətlərində, dövlət müəssisələri və marketinq agentliklərində çalışır. Proqramı uğurla bitirən şəxslər aşağıdakı vəzifələr üzrə fəaliyyət göstərmək üçün gərəkli bilik və bacarıqlara malikdir. 

 

• Graphic Designer

• Art-director

• Technical Designer

• Print Designer

• Illustrator

• Logo designer



Fərqlənən məzunlar
Qrafik Dizayner

Murad Rəfiyev


Viva Baku
Murad Rəfiyev

Viva Baku

Portfolio:
Qrafik Dizayner
Qrafik Dizayner

Nərmin Fərzəli


MyBrand
Nərmin Fərzəli

MyBrand

Portfolio:
Qrafik Dizayner
Qrafik dizayner

Bünyatzadə Nərmin


Yugen Creative Agency
Bünyatzadə Nərmin

Yugen Creative Agency

Portfolio:
Qrafik dizayner
İnteryer dizayn nədir?

İnteryer dizayn sahəsi müxtəlif təyinatlı məkanların və ərazilərin vizual cəhətdən layihələndirilməsinə yönəlib. Bu sahənin mütəxəssisləri insanların həyat keyfiyyətinə bir-başa təsir edən həllər yaradırlar. Erqonomik və funksional mühitlər yaratmaq üçün müxtəlif amilləri nəzərə alan interyer dizaynerlərə bu işdə ən müasir texnologiyalar kömək edir. Bu isə mənzillərin, ofislərin, gündəlik olaraq qarşılaşdığımız obyektlərin daha komfortlu və cəlbedici olmasına gətirib çıxarır.


Kimlər üçündür?

Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.


Proqramın məzmunu

Autodesk şirkətinin tədris materialları və əlavələri əsasında hazırlanan İnteryer Dizayn təhsil proqramı təkcə Azərbaycanda yox, regionda da bu sahə üzrə ən yaxşı proqramlardan biri hesab olunur.

 

Proqram real layihələrə əsaslanan və qlobal müstəvidə sınaqdan keçmiş modullar əsasında tərtib olunub. Bu isə proqramın məzunlarına beynəlxalq rəqabətə davamlı mütəxəssis kimi formalaşmaqda kömək edir.

 

Proqrama qatılan tələbələr 6 ay davam edən tədris prosesi zamanı nəzəri və texniki biliklərə yiyələnir. Tədrisin sonuncu ayında isə tələbələr real iş mühitində öyrəndiklərini tətbiq edərək təcrübə qazanır. Təhsil proqramının bu hissəsi məzunları iş həyatına hazırlamağa yönəlib.

  • Tədrisin başlanğıcında Akademiya tələbələri İnteryer Dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.

     

    İnteryer dizayn əsasları

    Bu modul çərçivəsində Akademiya tələbələri İnteryer Dizayn sahəsi ilə bağlı ilkin tanışlıq əldə edir.

    İnteryer dizayn tarixi

    İnteryer dizayn kifayət qədər köklü və maraqlı tarixi olan sahələrdən biridir. Modul çərçivəsində tələbələr bu sahənin inkişaf tarixçəsi ilə tanış olur.

     

  • Tədrisin bu hissəsində tələbələr sahənin detallarına irəlləyərək interyer dizaynı ilə bağlı aşağıdakı modulları əldə edir.

     

    Layihələndirmə və eskiz

    Modul özündə layihənin əsas hissələrinin təyin olunmasını və Autocad proqramı ilə işçi layihəsinin hazırlanmasını birləşdirir. Layihələndirilmə prosesində tələbələr təmir prosesləri və yerli bazarda mövcud materiallar barədə baza təsəvvürlər əldə edir.

    Vizualizasiya və tənzimləmə

    İnteryer və eksteryer layihələrində süni işıqlandırma, təbii işıqlandırma, kölgələrdən istifadə və s. vizualizasiya metodları bu modul çərçivəsində tədris olunur.

    Modelləmə və 3D

    Bu modul 3Ds Max proqramı vasitəsi ilə müxtəlif təyinatlı obyektlərin üç ölçülü fəzada modellənməsi və emalını əhatə edir.

    Render və post production

    Hazırlanan layihələrin render olunması və layihə görüntülərinin Adobe Photoshop proqramı vasitəsi ilə təqdimata hazırlanması bu modul çərçivəsində tədris olunur.

     

  • Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.

     

    Portfolio və fərdi brendinq

    Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.

    Praktika və diplom işi

    Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.

     



Məzun karyerası

İnteryer Dizayn təhsil proqramını uğurla bitirən tələbələr əmək bazarının tələb olunan mütəxəssisi hesab olunur. Təcrübə göstərir ki, bir çox hallarda tələbələr hələ məzun olmadan öncə iş təklifləri almağa başlayır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışır.

 

Interior Designer

Modeling Designer

Technical Designer



Fərqlənən məzunlar
Aysu Polyakova

İnteryer dizayner


Lord Sirius MMC
İnteryer dizayner

Lord Sirius MMC

Portfolio:
Aysu Polyakova
Əkbər Həşimov

İnteryer memarı


NB Holding
İnteryer memarı

NB Holding

Portfolio:
Əkbər Həşimov
Tamerlan Quliyev

Layihə meneceri


Vital Azərbaycan
Layihə meneceri

Vital Azərbaycan

Portfolio:
Tamerlan Quliyev
Animasiya dizayn nədir?

Animasiya Dizaynı sahəsi vizual elementlərin və qrafik təsvirlərin dinamik obyektlərə çevirilməsini, özəl effektlərin yaradılmasına yönəlib. Müasir texnologiyalar bu sahənin mütəxəssislərinə insan təxəyyülünün sərhədlərində hərəkət edərək müxtəlif çətinlikdə vizual həllər yaratmaq imkanı verir. Son illərdə video məzmununa ehtiyacın artması, stream platformalarının inkişafı nəticəsində animasiya dizaynı dövrün trend sahələrindən birinə çevrilib.


Kimlər üçündür?

Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.


Proqramın məzmunu

Animasiya Dizaynı təhsil proqramının məqsədi bu sahədə beynəlxalq rəqabətə davamlı kadrlar yetişdirməkdir. Akademiya bu hədəfə nail olmaq üçün dünyanın öndə gələn şirkətlərindən Adobe ilə tərəfdaşlıq edir. Belə ki, proqramın məzmunu Adobe şirkətinin əlavələri və tədris resursları əsasında tərtib olunub. 

 

Praktiki modullardan və laboratoriya işlərindən ibarət proqramın məzmunu 6 ay ərzində tələbələri beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşdırır. 

 

Tədrisin sonunda məzunlar müxtəlif mürəkkəblikdə vizual effektlər, personajlar və 2D modellərdən ibarət portfolioya malik olur. 

  • Tədrisin başlanğıcında Akademiya tələbələri Animasiya Dizaynı və hərəkət qrafikası sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı dərsləri əldə edir.

     

    Alətlər və pəncərələr

    Tədrisin başlanğıcında tələbələr Adobe After Effects proqramında alətlər və pəncərələrlə tanış olur, proqram təminatı ilə ilkin təsəvvür əldə edir.

    Video və post production

    Dərslər zamanı animasiyaların video daxilində istifadə olunmasına, videoların redaktəsi öyrənilir.

    Video anlayışı və nəzəriyyə

    Dərslər zamanı tələbələr video dizaynının əsasları ilə tanış olmaqla yanaşı format və kodekləri, vacib motion graphics elementlərini öyrənir.

     

  • Tədrisin bu hissəsində tələbələr sahənin dərinliklərinə irəlləyərək rəqəmsal məhsulların ortaya çıxarılması ilə bağlı aşağıdakı modulları əldə edir.

     

    Duik bassel və 2D

    Duik Bassel 2D elementlərin modellənməsi və hərəkətə gətirilməsi üçün güclü proqram təminatıdır. Dərslər zamanı tələbələr müstəvi üzərində müxtəlif obyektləri modelləməyi və hərəkətə gətirməyi öyrənir.

    Vizual effektlər və 3D

    Dərslər zamanı tələbələr müxtəlif tipli 3D effektləri və qrafiki elementlərin hərəkətə gətirilməsini öyrənir.

    Pluginlər və scriptlər

    Dərslər proqram təminatında işləmək üçün əlavə modifikasiyaların, scriptlərin və pluginlərin tətbiq olunmasını əhatə edir.

    Post production

    Hazırlanmış layihənin təqdimata uyğun hala gətirilməsi və lazımi düzəlişlərin edilməsi tədrisin bu hissəsində öyrədilir.

     

  • Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.

     

    Portfolio və stock fəaliyyəti

    Tədris zamanı tələbələr öz portfoliolarını formalaşdırmağı, stok fəaliyyəti və frilans işlə məşğul olmaq üçün saytları, həmçinin bu saytlarda fəaliyyətin irəllidilməsi metodlarını öyrənir.

    Praktika və diplom işi

    Praktiki dərsləri uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.

     



Məzun karyerası

Akademiyada Animasiya Dizaynı təhsil proqramını uğurla bitirən tələbələr peşəkar mütəxəssis kimi öz karyerasına başlayır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışmaqdadır.

 

Animation Designer

Visual Effects Designer

VFX Supervisor

Animation Supervisor

Digital Artist

Video editor



Fərqlənən məzunlar
Abuzər Babayev

Motion Designer


Brandify
Motion Designer

Brandify

Portfolio:
Abuzər Babayev
Nəsirova Elvira

Motion Designer


Freelance
Motion Designer

Freelance

Portfolio:
Nəsirova Elvira
Camalə Abdinzadə

Motion Designer


Freelance
Motion Designer

Freelance

Portfolio:
Camalə Abdinzadə
UX&UI dizayn nədir?

Harvard Business Review tərəfindən 21-ci əsrin ən perspektivli sahələrindən biri kimi göstərilən UX&UI dizayn sahəsinə olan ehtiyac ölkəmizdə də artmaqdadır. 

 

Bu sahənin mütəxəssisləri təkcə peşəkar dizayner yox, həm də yaxşı araşdırmaçıdır. UX&UI mütəxəssisləri istehlakçı davranışlarını analiz edərək, istifadəçi təcrübəsini yaxşılaşdıran həllər yaradır. Bu isə insanların həyatını asanlaşdırmaqla yanaşı, biznes təyinatlı rəqəmsal məhsulların inkişaf etdirilməsinə imkan verir.


Kimlər üçündür?

Proqramın məzmunu yeni başlayanlara uyğun formada tərtib olunduğundan müraciət edən şəxslərin sahə üzrə bilik və təcrübəyə malik olunması tələb olunmur. Texnoloji məhsullarla işləməyə həvəsli, araşdırmağı və yaratmağı sevən hər bir kəs proqrama qoşula bilər.


Proqramın məzmunu

UX&UI təhsil proqramının məqsədi beynəlxalq səviyyədə rəqabətə davamlı kadrlar hazırlamaqdır. Bu səbəbdən proqramın məzmunu beynəlxalq müstəvidə təsdiqlənmiş modullar və metodologiyalar əsasında təşkil olunub.

 

4 ay davam edən tədris prosesinin nəzəri hissəsində tələbələr User Persona, Eye Movement Tracking, Customer Journey Map kimi araşdırma metodologiyalarını və test üsullarını dərindən öyrənir.

 

Tədrisin praktiki hissəsində isə tələbələr birlikdə işləyərək müxtəlif təyinatlı rəqəmsal məhsullar hazırlayır.

  • Tədrisin başlanğıcında Akademiya tələbələri UX&UI sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.

     

    UX təməlləri

    Bu modul çərçivəsində Akademiya tələbələri User Experience anlayışı və sahəylə bağlı ilkin tanışlıq əldə edir.

    Araşdırma metodologiyaları

    UX&UI dizayneri təkcə bacarıqlı mütəxəssis yox, həmdə yaxşı araşdırmaçıdır. Bu modul çərçivəsində Akademiya tələbələri araşdırma sahə üzrə araşdırma metodlarını öyrənir.

     

  • Tədrisin bu hissəsində tələbələr sahənin dərinliklərinə irəlləyərək rəqəmsal məhsulların ortaya çıxarılması ilə bağlı aşağıdakı modulları əldə edir.

     

    İstifadəçi təcrübəsinin analizi

    İnsanların gündəlik olaraq yaşadığı təcrübələr və bu təcrübələrin yaxşılaşdırılmasına yönəlik ideyaların yaradılması bu modul çərçivəsində tədris olunur.

    Wireframe və prototipləşdirmə

    Bu modul çərçivəsində tələbələr ideyaları sürətli formada sınaqdan keçirtmək və dəyərləndirmək üçün məhsulun ilkin variantını hazırlayır.

    Rəqəmsal məhsul anlayışı

    Texnologiya və yaradıcılığın köməyi ilə innovativ məhsulların yaradılması bu modul çərçivəsində tədris olunur. Tədris zamanı tələbələr Figma proqramını real layihə üzərində işləyərək öyrənir.

     

  • Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.

     

    Portfolio və fərdi brendinq

    Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.

    Praktika və diplom işi

    Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.

     



Məzun karyerası

Akademiyada UX&UI təhsil proqramını uğurla bitirən və diplom əldə edə bilən tələbələr öz karyerasını qurmaqla bağlı geniş fürsətlər əldə edir. Təsadüfi deyil ki, bu gün ölkənin öndə gələn şirkətlərinin bir çoxunda Akademiya məzunu fəaliyyət göstərir. 

 

Proqramın məzunları banklarda, dövlət müəssisələrində və texnologiya şirkətlərində aşağıdakı vəzifələr üzrə fəaliyyət göstərir.

 

• UX&UI Designer

• Interaction designer

• UX Designer

• Product Designer

• UX Researcher

• Business Analyst

• UI Designer



Fərqlənən məzunlar
Məhsul dizayneri

Kənan Dadaşzadə


Kapital Bank
Kənan Dadaşzadə

Kapital Bank

Portfolio:
Məhsul dizayneri
UX&UI Dizayner

Xəyal Novruz


VABISS
Xəyal Novruz

VABISS

Portfolio:
UX&UI Dizayner
UX&UI Dizayner

Nicat Qasımzadə


Jeyhun Imanov Studio
Nicat Qasımzadə

Jeyhun Imanov Studio

Portfolio:
UX&UI Dizayner
3D Dizayn nədir?

Disney filmlərində gördüyün o orijinal və rəngarəng personajları 3D sahəsini bilməklə səndə yarada bilərsən. Metaverse və NFT mövzularından xəbərdarsansa bu sahənin nə dərəcə potensiallı olduğunu vurğulamağa gərək yoxdur. Azərbaycanın 3D sahəsində tək professional tədris mərkəzində təhsil alıb qlobal mühitdə işə başlamaq istəyirsənsə doğru səhifədəsən.


Kimlər üçündür?

Proqramın məzmunu yeni başlayanlara uyğun formada tərtib olunduğundan müraciət edən şəxslərin sahə üzrə bilik və təcrübəyə malik olunması tələb olunmur. Texnoloji məhsullarla işləməyə həvəsli, araşdırmağı və yaratmağı sevən hər bir kəs proqrama qoşula bilər.


Proqramın məzmunu

Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.

  • Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.

     

    3D Dizayna giriş

    Bu modul çərçivəsində tələbələr 3D Dizayn sahəsinə ilk addımlarını atmaqla yanaşı, sahə üzrə ən təməl bilikləri əldə edir.

    Cinema 4D ilə tanışlıq.

    Bu modul çərçivəsində tələbələr Cinema 4D proqramı, pəncərələr və menyular, proqramın təklif etdiyi imkanlarla tanış olur.



  • Tədrisin bu hissəsində tələbələr sahənin detallarına irəlləyərək 3D Dizayn ilə bağlı aşağıdakı modulları əldə edir.

     

     

    Sadə fiqurlar və elementlər

    Cinema 4D proqramından istifadə etməklə sadə quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.

    Mürəkkəb obyektlər və fiqurlar

    Cinema 4D proqramından istifadə etməklə mürəkkəb quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.

    Elementlərin hərəkətə gətirilməsi

    Bu modul tələbələrin yaratdığı 3D fiqurları və obyektləri hərəkətə gətirməyə, dinamiki qrafik elementlər yaratmağa yönəlib.

    Səhnələr, rakurslar

    Cinema 4D-də yaradılan vizual həllərin görüntülənmə paratmetrləri, səhnələr və rakurslarla iş bu modul çərçivəsində tədris olunur.

    Modeling & Sculpting

    Bu modul çərçivəsində tələbələr rəqəmsal personajların yaradılmasını və modellənməsini öyrənir.

    NFT və Stock fəaliyyəti

    3D Dizayn üzrə vacib bilikləri əldə edən tələbələr daha sonra öz layihələrini gəlirə çevirməklə bağlı biliklərə bu modul çərçivəsində yiyələnir.

  • Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.

     

    Portfolio və şəxsi brendinq

    Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.

    Praktika və diplom işi

    Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.

     



Məzun karyerası

Proqramı bitirən məzunlar aşağıdakı sahələrdə işləmək imkanı əldə edir.

 

  • Digital Artist

  • Video Game Designer

  • 3D Animator

  • 3D Generalist

  • NFT Artist

Online Müraciət

Sayt üzərindən etdiyiniz müraciətlər 2 iş günü ərzində geri dönüş alacaqdır.