Proqramlar

Akademiyada dizayn dünyasının aşağıdakı nəhəng sahələri tədris olunur. Hər biri haqqında ətraflı məlumatı ikonlara bircə dəfə klikləyərək əldə edə bilərsiniz.

Dərs müddəti

6 ay

Qrafik və veb dizayn dərsləri həftədə 2 dəfə, 2 saat olmaqla 6 ay davam edir. Bu isə ümumi 96 saatlıq bir təhsil müddəti deməkdir. Qeydiyyatınız tamamlandıqdan sonra 6 – 9 tələbədən ibarət qruplarla Akademiyadakı dizayn təhsiliniz başlayır!

Proqramı tədris edən dizayn mütəxəssisləri haqqında ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.

Bu sahə ilə bağlı heç bir biliyə və ya təcrübəyə sahib olmasanız belə qrafik dizayn öyrənə bilərsiniz! İş sahənizdən asılı olmayaraq qrafik dizayn hamı üçün üstün sayılan bir bacarıqdır və bu sahəni öyrənmək üçün sizə lazım olan tək şey həvəs və əzmkarlıqdır.

 

Proqram ərzində nə öyrənəcəm?

Qrafik və Veb dizaynı üzrə tədris edilən proqramlar bunlardır.

1. Photoshop (foto-manipulyasiyalar, foto-retuş, rəng korreksiyaları və s.)

2. Illustrator (vektor texnologiyası, loqo dizayn, brendinq, tipoqrafiya və s.)

3. InDesign (Çap məhsulları və onların hazırlanması, broşur və jurnalların dizaynı və s.)

4. Figma (Veb və mobil tətbiqlərin interfeys dizaynı və s.)

Təhsil müddətində öyrənəcəklərinizə peşəkar brendinqlərin hazırlanması, sıfırdan loqo qurulması, manipulyasiya və illustrasiyaların çəkilməsi, poster dizaynı, retouch, veb sayt və mobil tətbiqlərin dizaynı və daha onlarla iş daxildir. Biliyin qiymətləndirilməsi prosesi isə gündəlik (hər dərs ev tapşırıqlarının yoxlanması və qiymətləndirmə, səhvlərlə bağlı məsləhətlər) və final (proqramın sonunda məzuniyyət imtahanı) olmaqla iki formada aparılır.

 

Nələr əldə edəcəm? Öyrəndiklərim mənə hansı iş imkanlarını verəcək?

Proqram sonunda texniki bilik və bacarıqlarla yanaşı, həmçinin şəxsi portfolio, dünyagörüşü və geniş nəzəri biliklər əldə etmiş olursunuz. Bu isə sizə qrafik və ya veb dizayner, photoshop mütəxəssisi, art director və bu tip bir çox vəzifədə çalışma fürsəti verir. Real iş həyatında qarşılaşa biləcəyiniz bütün situasiyalar Akademiyada əvvəlcədən təcrübə ediləcəyindən, işlərinizdə baş verə biləcək səhvlərdən siğortalanmış olursunuz.

 

Karyeranızı qurmanıza Akademiya necə dəstək verir?

Akademiya məzunlarının karyera qurmasına üç formada dəstək verir.

1. Məzuniyyətdən sonra əlavə edildiyiniz məzun qrupu vasitəsilə Bakıda qrafik dizayna aid paylaşılan bütün iş elanlarından həmin an xəbəriniz olur.

2. Akademiyanın veb səhifəsində “Behance”, “Linkedln” və “Facebook” kimi sosial media hesablarınızın yerləşdirildiyi şəxsi hesablarınız olacaq. Beləliklə işə götürənlər zaman itirmədən və rahatlıqla axtardıqları dizaynerləri tapa biləcəklər.

3. Tədrisinizi fərqlənmə ilə bitirdiyiniz təqdirdə isə şəxsi hesabınıza “referans al” düyməsi yerləşdirilir. İşəgötürənlər – şirkətlər, agentliklər, yaradıcı qurumlar – üçün nəzərdə tutulmuş bu imkan sizin “axtarılan həmin dizayner” olma şansınızı dəfələrlə artırır!

Bununla yanaşı təcrübə göstərir ki, iş tapmaq üçün proqramın bitməsini gözləməyə ehtiyac yoxdur. Hələ tədris müddətində iş tapmış bir çox tələbəmiz kimi siz də həm Akademiyanın partnyor şirkətlərində həm də digər qurumlarda öz karyeranıza ilk addımınızı ata bilərsiniz.

Dərs müddəti

6 ay

Dizaynın ən geniş sahələrindən biri olan interyer dizayn Akademiyada bir dərs 2 saat olmaqla, həftə ərzində 2 dəfə tədris edilir! Dərs qruplarında tələbə sayı 6 – 9 arasında dəyişir. Dizayn Akademiyasının mütəxəssisləri tərəfindən aparılan 6 aylıq proqram sonunda isə interyer dizayn karyeranız başlayır!

Mütəxəssislər haqqında ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil ola bilərsiniz.

İnteryer dizayn sahəsində karyera qurmaq istəyənlər üçün əsas şərt bu sahəyə qarşı həvəs və əzmkarlıqdır. Sahə ilə bağlı təcrübə və biliyin olması üstünlük sayılır. Buna baxmayaraq Akademiyanın tədris proqramı interyer dizayna yeni başlayanların da bu sahəni rahatıqla öyrənəcəyi formada “dizayn edilib”.

 

Təhsilimin sonunda peşəkarcasına öyrənəcəyim proqramlar hansılardır?

1. AutoCad (Dimension Style Manager, layihə quruluşu və planlanması, 3D modellərin qurulması və s.)  

2. 3Ds Max (Eksteryer və interyer dizayn üslübları, UVW Map, Rəng və Textura quruluşu və s.)

3. Corona Renderer (Kamera perspektivləri, Corona Proxy, render elementləri, batch render, HDRI ayarları və s.)

4. Photoshop (Post production, hazırlanmış dizaynlarda rəng, tekstura, effekt və s. kimi dəyişikliklərin edilməsi)

Bu proqramlardan istifadə edərək interior dizayn tələbələri təhsil müddətinin sonunda bina dizaynları, interyer dizaynlar, modelləmə, mebel dizaynları və s. kimi işləri peşəkar səviyyədə hazırlayaraq portfoliolarına daxil edirlər. Qazanılan biliklərin qiymətləndirilməsi isə ev tapşırıqlarının müntəzəm yoxlanılması və final imtahanı ilə aparılır. Yüksək nəticələr göstərən tələbələrə məzuniyyət zamanı Dizayn Akademiyasının fərqlənmə diplomu təqdim edilir.

 

Nələr əldə edəcəm? Öyrəndiklərim mənə hansı iş imkanlarını verəcək?

Akademiyada interyer dizaynı sadəcə proqramlar və texniki biliklər əsasında deyil, bol praktik məşğələlər və nəzəri biliklər əsasında öyənirsiniz. Bununla yanaşı tələbələrə proqramlar üzrə 2D və 3D model bazaları verilir. Dizayn işləri zamanı istifadə olunan material və örtükləri tapa biləcəyiniz mağazaların siyahısı da Akademiya tərəfindən təmin edilənlər siyahısındadır.

Təhsilin sonuncu ayında tələbələr tikintisi davam edən tikinti sahələrinə aparılaraq işi “birinci əldən” təcrübə edirlər. Bu isə sizi geniş dünyagörüşünə və sahənin sirlərinə sahib, bazarda fərqlənən bir dizayner edir. Məzun olan tələbələr memarlıq, interyer dizayn, tikinti, landşaft memarlığı və s. kimi şirkətlərdə öz karyeralarına başlayırlar.

 

Karyeranızı qurmanıza Akademiya necə dəstək verir?

Akademiya məzunlarının karyera qurmasına üç formada dəstək verir.

1. Məzuniyyətdən sonra əlavə edildiyiniz məzun qrupu vasitəsilə Bakıda interyer dizayna aid paylaşılan bütün iş elanlarından həmin an xəbəriniz olur.

2. Akademiyanın veb səhifəsində behance, linkedin və facebook kimi sosial media hesablarınızın yerləşdirildiyi şəxsi hesablarınız olacaq. Beləlikə işə götürənlər zaman itirmədən və rahatlıqla axtardıqları dizaynerləri tapa biləcəklər.

3. Tədrisinizi fərqlənmə ilə bitirdiyiniz təqdirdə isə şəxsi hesabınıza “referans al” düyməsi yerləşdirilir. İşəgötürənlər – şirkətlər, agentliklər, yaradıcı qurumlar – üçün nəzərdə tutulmuş bu imkan sizin “axtarılan həmin dizayner” olma şansınızı dəfələrlə artırır!

Bununla yanaşı təcrübə göstərir ki, iş tapmaq üçün proqramın bitməsini gözləməyə ehtiyac yoxdur. Hələ tədris müddətində iş tapmış bir çox tələbəmiz kimi siz də həm Akademiyanın partnyor şirkətlərində həm də digər qurumlarda öz karyeranıza ilk addımınızı ata bilərsiniz.

 

 

 

Dərs müddəti

6 ay

Yaradıcılığınızı hərəkətə gətirəcək animasiya dizayn dərsləri həftə ərzində 2 dəfə olmaqla 6 ay davam edir. Dərslərin hər biri 2 saatdırən az 6, ən çox 9 tələbədən ibarət qruplarla keçilir. Akademiyada animasiya dizayn dərsləri bu sahədə illərlə təcrübəsi olan animasiya dizayn mütəxəssisləri tərəfindən aparılır.

Mütəxəssislər haqqında ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil ola bilərsiniz.

Animasiya dizaynı öyrənmək üçün hərhansısa önşərt yoxdur, çünki Akademiyanın hərtərəfli dərs proqramı bu sahəni öyrənməyi hamı üçün əlçatan edir.

Bununla belə, animasiya dizaynı öyrənmək istəyənlərin qrafik dizayn sahəsində müəyyən bilik və təcrübəyə sahib olması böyük üstünlük sayılır, çünki animasiya dizaynı məhz qrafiklərin hərəkətə gətirilməsidir.

 

Proqram ərzində nə öyrənəcəm?

Tədrisi aparılan proqramlar bunlardır:

1. AfterEffects (2D animasiya, 3D animasiya plugin-i, vizual effektlər, kinetik tipoqrafiya animasiyalar və s.)

2. Premier Pro (videomontaj, video rəng korreksiyası, chroma key metodu və s.)

3. Encoder (100-dən çox formatda renderin aparılması və s.)

Akademiyada bu proqramlar tələbələrə aşağıdakı işləri peşəkarcasına görəcək səviyyədə öyrədilir.

Sıfırdan animasiyaların yığılması, effektlər (hud, glow və s.), element 3D, montaj texnikaları, professional rəng korreksiyası, personaj animasiyası, keyframe’lər, masking, loqo və yazı animasiyaları və s. Öyrənilənlərin müntəzəm olaraq (hər dərs ərzində) yoxlanılması və məzuniyyət imtahanı Akademiyanın qiymətləndirmə sisteminin əsasını təşkil edir. Təhsil müddətində yüksək nəticələr göstərmiş tələbələr Dizayn Akademiyasının fərqlənmə diplomu ilə məzun olur.

 

Nələr əldə edəcəm? Öyrəndiklərim mənə hansı iş imkanlarını verəcək?

Hazırladığınız animasiyalar əsasında portfolio formalaşdırılır və bu potfolio sizə yeni karyera qapıları açacaq əsas açar rolu oynayır. Bununla yanaşı əldə etdiyiniz texniki bilik və bacarıqlar, dünyagörüşü və nəzəri biliklərlə bir çox məzunumuz kimi qısa müddətdə dizayn bazarının işçilərindən – motion dizayner, vizual effekt dizayneri, reklam agentlikləri və ya media şirkətlərində animasiya dizayner, frilans dizayner və ya avtor və s. – biri olursunuz.

Bu bacarıqlara nümunə olaraq göstərmək olar:

“Youtube” üçün və adi video montajların edilməsi, loqo və tipoqrafiya animasiyaları, vizual effektlər, təqdimat animasiyaları, animasiyalı sosial media postlarının hazırlanması, GIF-lərin hazırlanması, mobil tətbiqlərdə və veb səhifələrdə elementlərin hərəkətə gətirilməsi və s.

 

Karyeranızı qurmanıza Akademiya necə dəstək verir?

Akademiya məzunlarının karyera qurmasına üç formada dəstək verir.

1. Məzuniyyətdən sonra əlavə edildiyiniz məzun qrupu vasitəsilə Bakıda qrafik və animasiya dizayna aid paylaşılan bütün iş elanlarından həmin an xəbəriniz olur.

2. Akademiyanın veb səhifəsində behance, linkedin və facebook kimi sosial media hesablarınızın yerləşdirildiyi şəxsi hesablarınız olacaq. Beləlikə işə götürənlər zaman itirmədən və rahatlıqla axtardıqları dizaynerləri tapa biləcəklər.

3. Tədrisinizi fərqlənmə ilə bitirdiyiniz təqdirdə isə şəxsi hesabınıza “referans al” düyməsi yerləşdirilir. İşəgötürənlər – şirkətlər, agentliklər, yaradıcı qurumlar – üçün nəzərdə tutulmuş bu imkan sizin “axtarılan həmin dizayner” olma şansınızı dəfələrlə artırır!

Bununla yanaşı təcrübə göstərir ki, iş tapmaq üçün proqramın bitməsini gözləməyə ehtiyac yoxdur. Hələ tədris müddətində iş tapmış bir çox tələbəmiz kimi siz də həm Akademiyanın partnyor şirkətlərində həm də digər qurumlarda öz karyeranıza ilk addımınızı ata bilərsiniz.

Dərs müddəti

4 ay

Hazırda ən tələbli dizayn sahələrindən biri olan UI/UX dizaynı Akademiyada həftədə 2 dəfə olmaqla 4 ay davam edən dərslər əsasında öyrədilir. Dərslərin hər biri 2 saatdır. Qruplar minimum 6, maksimum 9 tələbədən ibarət olur və proqramın tədrisi bu sahədə geniş təcrübə və biliyə sahib mütəxəssislər tərəfindən aparılır!

Mütəxəssislər haqqında ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil ola bilərsiniz.

Öz prinsip və qaydaları ilə seçilən UI/UX dizayn-ı öyrənmək üçün heç bir önşərt yoxdur. Akademiyanın tədris proqramı hər kəsin rahatlıqla dizayn öyrənə biləcəyi formada hazırlanıb. Bununla belə, qrafik dizayn dünyası ilə müəyyən tanışlığın olması öyrənmə prosesinə müsbət təsir edən bir haldır.

 

Təhsilimin sonunda peşəkarcasına öyrənəcəyim proqramlar hansılardır?

1. Adobe xD (İnterfeys dizaynları, wireframe’lərin qurulması, protipləşdirmə prosesi və s.)

2. Figma (UI eskizlərin çəkilməsi və qurulması, veb saytların və mobil tətbiqetmələrin qurulması)

3. Invision (Statik dizaynların interaktiv prototipləşdirilməsi və s.)

4. Zeplin (Wireframe’lər əsasında təqdimatların hazırlanması, şirkətlərlə kollabrasiya və s.)

Təhsil müddətində öyrənəcəklərinizə istifadəçi araşdırılmasının aparılması, personaların hazırlanması, informasiya arxitekturası və wireframe’lərin ən effektiv formada qurulması, ikonoqrafiya, vebsaytların və mobil tətbiqlərin interfeysinin hazırlanması və s. kimi daha onlarla iş daxildir. Bu sadalananların tam öyrənildiyindən əmin olmaq üçün isə mütəxəssislər tərəfindən müntəzəm praktik tapşırıqlar verilir. Dərs prosesi boyunca aparılan qiymətləndirmə və portfolio əsasında tələbənin fərqlənmə və ya adi diplom alacağı müəyyənləşdirilir.

UX üzrə isə tələbələr layihələrə uyğun ideal istifadəçi kütləsinin tapılması, istifadəçi təcrübəsində düzgün araşdırma metodları və gedişat, yol xəritələrinin yaradılması, araşdırmalar əsasında az detallı və çox detallı wireframe’lərin çəkilməsi və s. kimi biliklərə yiyələnir.

 

Nələr əldə edəcəm? Öyrəndiklərim mənə hansı iş imkanlarını verəcək?

Dizayn Akademiyasının digər tədris proqramlarında olduğu kimi UI/UX dizayn proqramı da praktika əsasında qurulmuşdur və əsas məqsəd tələbələri real iş həyatına peşəkar bir dizayner kimi hazırlamaqdır. Buna görə də bir tələbə Akademiyada sadəcə texniki biliklər – prinsiplər, qaydalar, normalar – deyil, eyni zamanda geniş dünyagörüşü, araşdırma və peşəkar təqdimat bacarığı və dizaynerin şəhadətnaməsi sayılan fərdi portfolio əldə edir.

UI/UX dizayn proqramını bitirən tələbələr karyeralarına UI/UX dizayner, UX dizayner, UX araşdırmaçı, qrafik problemlərin həlli üzrə mütəxəssis, informasiya memarı, interaksiya dizayneri və başqa bu tip vəzifələrdə başlaya bilər.

 

Karyeranızı qurmanıza Akademiya necə dəstək verir?

Akademiya məzunlarının karyera qurmasına üç formada dəstək verir.

1. Məzuniyyətdən sonra əlavə edildiyiniz məzun qrupu vasitəsilə Bakıda qrafik, veb və UI/UX dizayna aid paylaşılan bütün iş elanlarından həmin an xəbəriniz olur.

2. Akademiyanın veb səhifəsində behance, linkedin və facebook kimi sosial media hesablarınızın yerləşdirildiyi şəxsi hesablarınız olacaq. Beləlikə işə götürənlər zaman itirmədən və rahatlıqla axtardıqları dizaynerləri tapa biləcəklər.

3. Tədrisinizi fərqlənmə ilə bitirdiyiniz təqdirdə isə şəxsi hesabınıza “referans al” düyməsi yerləşdirilir. İşəgötürənlər – şirkətlər, agentliklər, yaradıcı qurumlar – üçün nəzərdə tutulmuş bu imkan sizin “axtarılan həmin dizayner” olma şansınızı dəfələrlə artırır!

Bununla yanaşı təcrübə göstərir ki, iş tapmaq üçün proqramın bitməsini gözləməyə ehtiyac yoxdur. Hələ tədris müddətində iş tapmış bir çox tələbəmiz kimi siz də həm Akademiyanın partnyor şirkətlərində həm də digər qurumlarda öz karyeranıza ilk addımınızı ata bilərsiniz.

 

Online Müraciət

Sayt üzərindən etdiyiniz müraciətlər 2 iş günü ərzində geri dönüş alacaqdır.