Proqramlar
Akademiyada dizayn dünyasının aşağıdakı nəhəng sahələri tədris olunur. Hər biri haqqında ətraflı məlumatı ikonlara bircə dəfə klikləyərək əldə edə bilərsiniz.
Modern Qrafik dizayn nədir?
Qrafik dizayn şəkil və yazı vasitəsilə informasiyanın ötürülməsi, vizual problemlərin həlli sənətidir. Bu sahədə çalışan mütəxəssislər müasir texnologiyalardan istifadə edərək müxtəlif məcralara uyğun vizual həllər yaradır. Hər gün qarşılaşdığımız loqolar, qablaşdırma dizaynları, billboardlar və digər vizual daşıyıcılar onların xəyal gücünün məhsuludur.
Akademiyada bu sahə Modern Qrafik Dizayn ixtisası adı altında tədris olunur. Yaradıcılığın və problemlərin həllinə yönəlik yanaşmanın gündən günə dəyər qazandığı müasir biznes mühitində dizayn mütəxəssislərinə böyük tələb var.
Kimlər üçündür?
Modern Qrafik Dizayn ixtisasına müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
Proqramın məzmunu
Modern Qrafik Dizayn təhsil proqramının məzmunu Adobe şirkətinin əlavələri və tədris materialları əsasında hazırlanmışdır. Proqram beynəlxalq miqyasda təsdiqlənmiş metodologiyalardan və modullardan təşkil olunduğundan məzunlara Adobe sertifikatlarını da əldə etmək imkanı yaradır. Məzunlar Akademiyanın partnyoru olan Adobe şirkətinin müvafiq sertifikatlarını əldə etmək üçün güzəştlər və bir sıra üstünlüklər əldə edir.
7 ay davam edən tədris prosesində tələbələr texniki biliklərə yiyələnməklə yanaşı, dizayn sahəsi ilə bağlı cərəyanları və nəzəriyyəni öyrənir. Paralel olaraq Karyera Mərkəzi tərəfindən aparılan Karyera Hazırlıq Proqramı çərçivəsində tələbələrə karyera planlaması, təqdimat və ünsiyyət bacarıqları, stress menecment və s. kimi mövzularda təlimlər keçirilir. Tədrisin bu hissəsi proqram məzunlarını beynəlxalq əmək bazarının tələb olunan mütəxəssisi kimi formalaşdırmağa yönəlib.
Tədrisi uğurla tamamlayan və diplom işini müdafiə edən məzunlar Akademiya tərəfindən verilən və şirkətlər tərəfindən prestijli sayılan müvafiq diplom əldə edirlər.
-
Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.
Qrafik Dizayn elementləri
Dizayn ən köklü və tarixi sahələrdən biridir. Hələ texnologiyanın olmadığı dövrlərdə insanlar öz fikirlərini müxtəlif qrafiki elementlər əsasında göstərməyə üstünlük verirdilər. Bu modul tələbələri Qrafik dizayn sahəsinin inkişaf xətti və cərəyanlar ilə tanış etməyə yönəlib.
Qrafik Dizayn prinsipləri
Dizaynerlər vizual kommunikasiya üzrə təməl biliklərə və standartlara bələd olmalıdır. Bu modul çərçivəsində Akademiya tələbələri vizual kommunikasiya ilə bağlı bilik və təcrübəyə yiyələnir.
-
Başlanğıc modulları uğurla tamamlayan tələbələr daha sonra Qrafik dizayn sahəsinin müxtəlif istiqamətləri ilə bağlı vacib modulları əldə edir.
Poster dizaynı
Bu modul çərçivəsində tələbələr manipulyasiya və retouch yanaşmalarından istifadə etməklə poster dizaynını öyrənir.
İllustrasiya
Adobe Illustrator və Photoshop proqramlarında illustrasiyaların hazırlanması bu modul çərçivəsində tədris olunur.
Logo dizaynı
Tədris zamanı tələbələr brendlər üçün loqotiplərin hazırlanmasının əsaslarını, skeçlər etməyi, loqonun növlərini və işə başlamadan öncə ehtiyaclara uyğun loqo kateqoriyasının seçilməsini və s. öyrənir.
Brendinq
Brendinq bir markanın təmsil etdiyi dəyərlərin və üslubunun təcəssümüdür. Bu modul çərçivəsində tələbələr markalar üçün brendinq layihələrinin hazırlanmasını öyrənir.
Çap dizaynı
Çap dizaynı özündə dərgi, kitab, jurnal və s. mətbəə məhsulları üçün vizual həllərin yaradılmasını əhatə edir.
Qablaşdırma dizaynı
Fiziki məhsullar üçün qablaşdırma həllərinin yaradılması və dizaynın hazırlanması bu modul çərçivəsində tədris olunur.
-
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
Portfolio və şəxsi brendinq
Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.
Praktika və diplom işi
Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.
İnstruktorlar
Məzun karyerası
Akademiyada MQD ixtisası bu günə qədər 400-dən artıq məzun verib.
Məzunlar indi ölkənin böyük şirkətlərində, dövlət müəssisələri və marketinq agentliklərində çalışır. Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzi məzunlara işlə təmin olunmaq üçün dəstək verir. Beləliklə Akademiyada MQD ixtisasını uğurla bitirən şəxslər aşağıdakı vəzifələr üzrə fəaliyyət göstərmək üçün gərəkli bilik və bacarıqlara malikdir.
• Graphic Designer
• Art-director
• Technical Designer
• Print Designer
• Illustrator
• Logo designer
Tələbə işləri
Fərqlənən məzunlar

Nərmin Fərzəli
Qrafik Dizayner
Maverick

Nərgiz İbrahimova
Qrafik Dizayner
Sharaf Media

Məleykə Xocanəzərova
Qrafik Dizayner
Neon Agency

Nicat Qasımzadə
Qrafik Dizayner
Clopos

Raiz Əlizadə
Qrafik Dizayner
Upcreate Agency

Nərmin Bünyatzadə
Qrafik dizayner
Yugen
İnteryer dizayn nədir?
İnteryer dizayn sahəsi müxtəlif təyinatlı məkanların və ərazilərin vizual cəhətdən layihələndirilməsinə yönəlib. Bu sahənin mütəxəssisləri insanların həyat keyfiyyətinə bir-başa təsir edən həllər yaradırlar. Erqonomik və funksional mühitlər yaratmaq üçün müxtəlif amilləri nəzərə alan interyer dizaynerlərə bu işdə ən müasir texnologiyalar kömək edir. Bu isə mənzillərin, ofislərin, gündəlik olaraq qarşılaşdığımız obyektlərin daha komfortlu və cəlbedici olmasına gətirib çıxarır.
Kimlər üçündür?
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
Proqramın məzmunu
Autodesk şirkətinin tədris materialları və əlavələri əsasında hazırlanan İnteryer Dizayn təhsil proqramı təkcə Azərbaycanda yox, regionda da bu sahə üzrə ən yaxşı proqramlardan biri hesab olunur.
Proqram real layihələrə əsaslanan və qlobal müstəvidə sınaqdan keçmiş modullar əsasında tərtib olunub. Bu isə proqramın məzunlarına beynəlxalq rəqabətə davamlı mütəxəssis kimi formalaşmaqda kömək edir.
Proqrama qatılan tələbələr 7 ay davam edən tədris prosesi zamanı nəzəri və texniki biliklərə yiyələnir. Tədrisin sonuncu ayında isə tələbələr real iş mühitində öyrəndiklərini tətbiq edərək təcrübə qazanır. Təhsil proqramının bu hissəsi məzunları iş həyatına hazırlamağa yönəlib.
-
Tədrisin başlanğıcında Akademiya tələbələri İnteryer Dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.
İnteryer dizayn əsasları
Bu modul çərçivəsində Akademiya tələbələri İnteryer Dizayn sahəsi ilə bağlı ilkin tanışlıq əldə edir.
İnteryer dizayn tarixi
İnteryer dizayn kifayət qədər köklü və maraqlı tarixi olan sahələrdən biridir. Modul çərçivəsində tələbələr bu sahənin inkişaf tarixçəsi ilə tanış olur.
-
Tədrisin bu hissəsində tələbələr sahənin detallarına irəlləyərək interyer dizaynı ilə bağlı aşağıdakı modulları əldə edir.
Layihələndirmə və eskiz
Modul özündə layihənin əsas hissələrinin təyin olunmasını və Autocad proqramı ilə işçi layihəsinin hazırlanmasını birləşdirir. Layihələndirilmə prosesində tələbələr təmir prosesləri və yerli bazarda mövcud materiallar barədə baza təsəvvürlər əldə edir.
Vizualizasiya və tənzimləmə
İnteryer və eksteryer layihələrində süni işıqlandırma, təbii işıqlandırma, kölgələrdən istifadə və s. vizualizasiya metodları bu modul çərçivəsində tədris olunur.
Modelləmə və 3D
Bu modul 3Ds Max proqramı vasitəsi ilə müxtəlif təyinatlı obyektlərin üç ölçülü fəzada modellənməsi və emalını əhatə edir.
Render və post production
Hazırlanan layihələrin render olunması və layihə görüntülərinin Adobe Photoshop proqramı vasitəsi ilə təqdimata hazırlanması bu modul çərçivəsində tədris olunur.
-
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
Portfolio və fərdi brendinq
Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.
Praktika və diplom işi
Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.
İnstruktorlar
Məzun karyerası
İnteryer Dizayn təhsil proqramını uğurla bitirən tələbələr əmək bazarının tələb olunan mütəxəssisi hesab olunur. Təcrübə göstərir ki, bir çox hallarda tələbələr hələ məzun olmadan öncə iş təklifləri almağa başlayır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışır.
• Interior Designer
• Modeling Designer
• Technical Designer
Tələbə işləri
Fərqlənən məzunlar

Aysu Polyakova
İnteryer dizayner
Lord Sirius MMC

Əkbər Həşimov
İnteryer memarı
NB Holding

Tamerlan Quliyev
Layihə meneceri
Vital Azərbaycan
Animasiya dizayn nədir?
Animasiya Dizaynı sahəsi vizual elementlərin və qrafik təsvirlərin dinamik obyektlərə çevirilməsini, özəl effektlərin yaradılmasına yönəlib. Müasir texnologiyalar bu sahənin mütəxəssislərinə insan təxəyyülünün sərhədlərində hərəkət edərək müxtəlif çətinlikdə vizual həllər yaratmaq imkanı verir. Son illərdə video məzmununa ehtiyacın artması, stream platformalarının inkişafı nəticəsində animasiya dizaynı dövrün trend sahələrindən birinə çevrilib.
Kimlər üçündür?
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
Proqramın məzmunu
Animasiya Dizaynı təhsil proqramının məqsədi bu sahədə beynəlxalq rəqabətə davamlı kadrlar yetişdirməkdir. Akademiya bu hədəfə nail olmaq üçün dünyanın öndə gələn şirkətlərindən Adobe ilə tərəfdaşlıq edir. Belə ki, proqramın məzmunu Adobe şirkətinin əlavələri və tədris resursları əsasında tərtib olunub.
Praktiki modullardan və laboratoriya işlərindən ibarət proqramın məzmunu 6 ay ərzində tələbələri beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşdırır.
Tədrisin sonunda məzunlar müxtəlif mürəkkəblikdə vizual effektlər, personajlar və 2D modellərdən ibarət portfolioya malik olur.
-
Tədrisin başlanğıcında Akademiya tələbələri Animasiya Dizaynı və hərəkət qrafikası sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı dərsləri əldə edir.
Alətlər və pəncərələr
Tədrisin başlanğıcında tələbələr Adobe After Effects proqramında alətlər və pəncərələrlə tanış olur, proqram təminatı ilə ilkin təsəvvür əldə edir.
Video və post production
Dərslər zamanı animasiyaların video daxilində istifadə olunmasına, videoların redaktəsi öyrənilir.
Video anlayışı və nəzəriyyə
Dərslər zamanı tələbələr video dizaynının əsasları ilə tanış olmaqla yanaşı format və kodekləri, vacib motion graphics elementlərini öyrənir.
-
Tədrisin bu hissəsində tələbələr sahənin dərinliklərinə irəlləyərək rəqəmsal məhsulların ortaya çıxarılması ilə bağlı aşağıdakı modulları əldə edir.
Duik bassel və 2D
Duik Bassel 2D elementlərin modellənməsi və hərəkətə gətirilməsi üçün güclü proqram təminatıdır. Dərslər zamanı tələbələr müstəvi üzərində müxtəlif obyektləri modelləməyi və hərəkətə gətirməyi öyrənir.
Vizual effektlər və 3D
Dərslər zamanı tələbələr müxtəlif tipli 3D effektləri və qrafiki elementlərin hərəkətə gətirilməsini öyrənir.
Pluginlər və scriptlər
Dərslər proqram təminatında işləmək üçün əlavə modifikasiyaların, scriptlərin və pluginlərin tətbiq olunmasını əhatə edir.
Post production
Hazırlanmış layihənin təqdimata uyğun hala gətirilməsi və lazımi düzəlişlərin edilməsi tədrisin bu hissəsində öyrədilir.
-
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
Portfolio və stock fəaliyyəti
Tədris zamanı tələbələr öz portfoliolarını formalaşdırmağı, stok fəaliyyəti və frilans işlə məşğul olmaq üçün saytları, həmçinin bu saytlarda fəaliyyətin irəllidilməsi metodlarını öyrənir.
Praktika və diplom işi
Praktiki dərsləri uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera mərkəzindən dəstək alır.
İnstruktorlar
Məzun karyerası
Akademiyada Animasiya Dizaynı təhsil proqramını uğurla bitirən tələbələr peşəkar mütəxəssis kimi öz karyerasına başlayır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışmaqdadır.
• Animation Designer
• Visual Effects Designer
• VFX Supervisor
• Animation Supervisor
• Digital Artist
• Video editor
Tələbə işləri
Fərqlənən məzunlar

Abuzər Babayev
Motion Designer
Brandify

Nəsirova Elvira
Motion Designer
Freelance

Camalə Abdinzadə
Motion Designer
Freelance
UX&UI dizayn nədir?
Harvard Business Review tərəfindən 21-ci əsrin ən perspektivli sahələrindən biri kimi göstərilən UX&UI dizayn sahəsinə olan ehtiyac ölkəmizdə də artmaqdadır.
Bu sahənin mütəxəssisləri təkcə peşəkar dizayner yox, həm də yaxşı araşdırmaçıdır. UX&UI mütəxəssisləri istehlakçı davranışlarını analiz edərək, istifadəçi təcrübəsini yaxşılaşdıran həllər yaradır. Bu isə insanların həyatını asanlaşdırmaqla yanaşı, biznes təyinatlı rəqəmsal məhsulların inkişaf etdirilməsinə imkan verir.
Kimlər üçündür?
Proqramın məzmunu yeni başlayanlara uyğun formada tərtib olunduğundan müraciət edən şəxslərin sahə üzrə bilik və təcrübəyə malik olunması tələb olunmur. Texnoloji məhsullarla işləməyə həvəsli, araşdırmağı və yaratmağı sevən hər bir kəs proqrama qoşula bilər.
Proqramın məzmunu
UX&UI təhsil proqramının məqsədi beynəlxalq səviyyədə rəqabətə davamlı kadrlar hazırlamaqdır. Bu səbəbdən proqramın məzmunu beynəlxalq müstəvidə təsdiqlənmiş modullar və metodologiyalar əsasında təşkil olunub.
6 ay davam edən tədris prosesinin nəzəri hissəsində tələbələr User Persona, Eye Movement Tracking, Customer Journey Map kimi araşdırma metodologiyalarını və test üsullarını dərindən öyrənir.
Tədrisin praktiki hissəsində isə tələbələr birlikdə işləyərək müxtəlif təyinatlı rəqəmsal məhsullar hazırlayır.
-
Tədrisin başlanğıcında Akademiya tələbələri UX&UI sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.
UX təməlləri
Bu modul çərçivəsində Akademiya tələbələri User Experience anlayışı və sahəylə bağlı ilkin tanışlıq əldə edir.
Araşdırma metodologiyaları
UX&UI dizayneri təkcə bacarıqlı mütəxəssis yox, həmdə yaxşı araşdırmaçıdır. Bu modul çərçivəsində Akademiya tələbələri araşdırma sahə üzrə araşdırma metodlarını öyrənir.
-
Tədrisin bu hissəsində tələbələr sahənin dərinliklərinə irəlləyərək rəqəmsal məhsulların ortaya çıxarılması ilə bağlı aşağıdakı modulları əldə edir.
İstifadəçi təcrübəsinin analizi
İnsanların gündəlik olaraq yaşadığı təcrübələr və bu təcrübələrin yaxşılaşdırılmasına yönəlik ideyaların yaradılması bu modul çərçivəsində tədris olunur.
Wireframe və prototipləşdirmə
Bu modul çərçivəsində tələbələr ideyaları sürətli formada sınaqdan keçirtmək və dəyərləndirmək üçün məhsulun ilkin variantını hazırlayır.
Rəqəmsal məhsul anlayışı
Texnologiya və yaradıcılığın köməyi ilə innovativ məhsulların yaradılması bu modul çərçivəsində tədris olunur. Tədris zamanı tələbələr Figma proqramını real layihə üzərində işləyərək öyrənir.
-
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
Portfolio və fərdi brendinq
Bu modul tələbələrə öz layihələrini doğru təqdim etməklə bağlı bilik və təcrübənin aşılanmasına yönəlib.
Praktika və diplom işi
Bütün modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.
İnstruktorlar
Məzun karyerası
Akademiyada UX&UI təhsil proqramını uğurla bitirən və diplom əldə edə bilən tələbələr öz karyerasını qurmaqla bağlı geniş fürsətlər əldə edir. Təsadüfi deyil ki, bu gün ölkənin öndə gələn şirkətlərinin bir çoxunda Akademiya məzunu fəaliyyət göstərir.
Proqramın məzunları banklarda, dövlət müəssisələrində və texnologiya şirkətlərində aşağıdakı vəzifələr üzrə fəaliyyət göstərir.
• UX&UI Designer
• Interaction designer
• UX Designer
• Product Designer
• UX Researcher
• Business Analyst
• UI Designer
Tələbə işləri
Fərqlənən məzunlar

Aygün Həsənzadə
UX&UI Dizayner
Katech

Bəhram Hikmət
Analyst
GTI-Software

Güllü İbrahimova
UX&UI Dizayner
FSCode

Pərviz Bağırov
UX&UI Dizayner
Prosper

Ülviyyə Mikayılova
UX&UI Dizayner
Allrent

Kənan Dadaşzadə
UX&UI Dizayner
Kapital Bank
Advanced UX&UI Dizayn nədir?
Advanced UX&UI ixtisası sektorda real iş təcrübəsinə malik UX&UI Dizaynerlərini bu sahədə ixtisaslaşdırmaq və biliklərini təkmilləşdirməyə yönəlib. Sektorda böyük təcrübəyə malik instruktor tərəfindən tədris olunan Advanced UX&UI ixtisasında tələbələr real təcrübələrdən yararlanaraq ən effektiv həllər yaratmağı öyrənir.
Tədris zamanı tələbələr müxtəlif komandalar yaratmaqla rəqəmsal məhsullar üzərində birlikdə işləyir, nəticələri təhlil edir və məhsulun inkişafı ilə bağlı yol xəritəsini hazırlayır.
Kimlər üçündür?
Advanced UX&UI Dizayn ixtisası sahə üzrə təcrübəli mütəxəssisləri ixtisaslaşdırmağa yönəlib. Bu səbəbdən proqrama müraciət edənlərin aşağıdakı tələblərə malik olması gözlənilir.
- İş təcrübəsi: 6 ay
- İngilis dili biliyi: B2
- Türk dili biliyi: Başa düşəcək səviyyədə
Proqramın məzmunu
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
İnstruktorlar
Məzun karyerası
Advanced UX&UI ixtisasını uğurla bitirən məzunlar bu sahədə spesifik olaraq ixtisaslaşmış mütəxəssis hesab olunur. Məzunlar karyeralarına aşağıdakı vəzifələrdən birində davam edə bilərlər.
• UX Researcher
• UX Dizayner
• UI Dizayner
• Məhsul Dizayneri
• Biznes analist
3D Dizayn nədir?
Disney filmlərində gördüyün o orijinal və rəngarəng personajları 3D sahəsini bilməklə səndə yarada bilərsən. Metaverse və NFT mövzularından xəbərdarsansa bu sahənin nə dərəcə potensiallı olduğunu vurğulamağa gərək yoxdur. Azərbaycanın 3D sahəsində tək professional tədris mərkəzində təhsil alıb qlobal mühitdə işə başlamaq istəyirsənsə doğru səhifədəsən.
Kimlər üçündür?
Proqramın məzmunu yeni başlayanlara uyğun formada tərtib olunduğundan müraciət edən şəxslərin sahə üzrə bilik və təcrübəyə malik olunması tələb olunmur. Texnoloji məhsullarla işləməyə həvəsli, araşdırmağı və yaratmağı sevən hər bir kəs proqrama qoşula bilər.
Proqramın məzmunu
Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.
-
Tədrisin başlanğıcında Akademiya tələbələri dizayn sahəsi ilə ilkin tanışlıq və ümumi təsəvvür əldə etmək üçün aşağıdakı modulları əldə edir.
3D Dizayna giriş
Bu modul çərçivəsində tələbələr 3D Dizayn sahəsinə ilk addımlarını atmaqla yanaşı, sahə üzrə ən təməl bilikləri əldə edir.
Cinema 4D ilə tanışlıq.
Bu modul çərçivəsində tələbələr Cinema 4D proqramı, pəncərələr və menyular, proqramın təklif etdiyi imkanlarla tanış olur.
-
Tədrisin bu hissəsində tələbələr sahənin detallarına irəlləyərək 3D Dizayn ilə bağlı aşağıdakı modulları əldə edir.
Sadə fiqurlar və elementlər
Cinema 4D proqramından istifadə etməklə sadə quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.
Mürəkkəb obyektlər və fiqurlar
Cinema 4D proqramından istifadə etməklə mürəkkəb quruluşa malik 3D fiqurların yaradılması və modellənməsi bu modul çərçivəsində öyrədilir.
Elementlərin hərəkətə gətirilməsi
Bu modul tələbələrin yaratdığı 3D fiqurları və obyektləri hərəkətə gətirməyə, dinamiki qrafik elementlər yaratmağa yönəlib.
Səhnələr, rakurslar
Cinema 4D-də yaradılan vizual həllərin görüntülənmə paratmetrləri, səhnələr və rakurslarla iş bu modul çərçivəsində tədris olunur.
Modeling & Sculpting
Bu modul çərçivəsində tələbələr rəqəmsal personajların yaradılmasını və modellənməsini öyrənir.
NFT və Stock fəaliyyəti
3D Dizayn üzrə vacib bilikləri əldə edən tələbələr daha sonra öz layihələrini gəlirə çevirməklə bağlı biliklərə bu modul çərçivəsində yiyələnir.
-
Təhsilin sonuna doğru Akademiya tələbələri əmək bazarının ehtiyaclarına uyğun peşəkar mütəxəssis olmaq üçün aşağıdakı modulları əldə edir.
Portfolio və şəxsi brendinq
Dizayn sahəsində görülən işlər qədər, düzgün təqdimetmə də önəmlidir. Tədrisin bu hissəsində tələbələr öz üslublarının yaradılması, portfoliolarının formalaşdırılması ilə bağlı biliklər əldə edir.
Praktika və diplom işi
Praktiki dərslər əsasında aparılan modulları uğurla tamamlayan tələbələr təhsilin sonunda diplom işi müdafiə etməklə Akademiyadan məzun olur. Məzunlar iş tapmaqla bağlı Akademiyada fəaliyyət göstərən Karyera Mərkəzindən dəstək alır.
İnstruktorlar
Məzun karyerası
Proqramı bitirən məzunlar aşağıdakı sahələrdə işləmək imkanı əldə edir.
-
Digital Artist
-
Video Game Designer
-
3D Animator
-
3D Generalist
-
NFT Artist
Data Science nədir?
Data Science, müxtəlif alət, üsul və texnologiyaları bir araya gətirib, datalardan nəticə əldə edərək bu nəticəni müəyyən bir problemin həlli üçün istifadə edir. Bu sahə 4 təməl yol izlənərək verilənlər bazası üzərində işləməyi təmin edir. Bir Data Scientist işə data əldə etməklə başlayır, bu dataları nizamlayır, modelləşdirir və sonda nəticələri dəyərləndirir.
Bir sözlə, Data Science hansısa bir məhsul və ya şirkət üçün öncədən biznesyönümlü proqnozlar verir, fərqinə varılmayan boşluqları ortaya çıxara bilir və bunun həlli yönündə məlumatlar depolayır. Bunun nəticəsində şirkətlər innovasiya və yeniliklər edə bilir, müştərilərinə daha yaxşı təkliflər edərək müştəri məmnuniyyətini artıra bilir.
Bu səbəbdən Data Science getdikcə daha da prestijli sahəyə çevrilir və günümüzdə bu sahənin mütəxəssislərinə şirkətlərdə olduqca böyük tələb mövcuddur.
Kimlər üçündür?
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Lakin, statistika və İKT sahəsində baza anlayışlarından xəbərdar olmaq böyük üstünlükdür.
Proqramın məzmunu
BDA Lab-ın təqdim etdiyi Data Science Tədris Proqramı beynəlxalq müstəvidə təsdiqlənmiş tədris materiallarına əsaslanaraq tərtib edilmişdir. Proqramın məqsədi ölkədə ixtisaslı Data Scientist kadr boşluğunu təmin etmək, həm qlobal və həm də lokal bazarın tələblərinə cavab verən kadrlar yetişdirməkdir.
Proqram 6 tədris ayından ibarətdir. Tədris prosesi bu sahənin mütəxəssisləri olan instruktorlar tərəfindən praktika əsaslı aparılır.
Tədris müddətində Akademiyanın Karyera Mərkəzi uğurlu karyera üçün tələbələrlə konsultasiyalar edir, Mütəxəssisləşdirmə Proqramı çərçivəsində isə onlara iş həyatı üçün vacib “soft” və “hard skill”lər, kommunikasiya, təqdimat bacarıqları aşılanır. Məzun olduqda isə Akademiyanın beynəlxalq mühitdə tanınan diplomunu əldə edir.
-
Tədrisin ilk dövründə tələbələr Data Science haqqında ümumi təsəvvürlər əldə etmək üçün aşağıdakı modullar üzərində çalışır.
Programming Fundamental
Bu modulda tələbələr data tipləri və funksiyaları haqqında ümumi təsəvvürlər əldə edirlər.
Statistics
Bu modulda sahənin özəyi sayılan Statistika-nın incəlikləri sıfırdan öyrənilir, “Covariance” və “Correlation” statistik indiqatorların işləmə prinsipləri, Hypothesis Testing, Chi-Square Testing, A/B Testing kimi biliklər praktika əsasında tədris edilir.
-
Başlanğıc modulları əldə edən tələbə tədrisin bu mərhələsində əsas modullara keçir və Data Science-in daha da dərinliklərinə enir.
Data Literacy and Analysis
“Pandas”, “Numpy” kimi data vizualizasiya və manipuliyasiya tool-larının, data-ların “təmizlənməsi” və emal edilməsinin tədrisi bu modulda həyata keçirilir.
Machine Learning
Bu modul üzrə tələbələrə modelləşdirmə, “K-Nearest Neighbor”, “SVM”, “Naïve Bayes” kimi Machine Learning alqoritmləri, Bagging/Boosting/Stacking metodları tədris edilir.
SQL
SQL datalarla işləmək üçün ən çox istifadə edilən proqramlaşdırma dilidir. Bu modul üzrə tələbələr SQL proqramlaşdırma dilinin Data Science üçün vacib hissələrini öyrənir və təcrübə edir.
-
Bütün modulları uğurla tamamlayan tələbələr, artıq diplom işlərini hazırlayaraq təqdim edir və Akademiyadan məzun olurlar. Tələbələrin vaxt itirmədən iş həyatına keçməsi üçün Akademiyanın Karyera Mərkəzi dəstək göstərir.
Məzun karyerası
Akademiyada “Data Science” ixtisası üzrə təhsili uğurla tamamladıqdan sonra məzunlar artıq bu sahə üzrə ixtisaslı kadr sayılır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışır.
-
Data Scientist;
-
Business Analyst;
-
Machine Learning Scientist
Full Stack Proqramlaşdırma nədir?
Full Stack Development tətbiqlərin və veb-saytların sıfırdan hazırlanmasını təmin edir. Buna görə də bu ixtisas özündə həm Front End, həm də Back End proseslərini cəmləşdirir. Gündəlik istifadə etdiyin və sevdiyin bütün tətbiqlər, alış-veriş etmək, məlumat almaq və bir çox vacib işlər üçün istifadə etdiyin veb-saytların hamısı Full Stack Developer-lərin portfoliosundandır.
Şirkətlərin artan texnoloji ehtiyacları və bütün proseslərin rəqəmsallaşması Full Stack Developer-lərə tələbi gün keçdikcə daha da artırır.
Kimlər üçündür?
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
Proqramın məzmunu
BDA Lab ixtisaslarından biri olan “Full Stack Development” proqramı yerli və xaric bazar nəzərə alınaraq, proqramlaşdırmanın məntiqi və riyazi tərəfini izah etmək üzərində qurulub.
Full Stack Developer-lərdən ən çox tələb olunan bacarıq unikal rəqəmsal həllər tapmaq bacarığıdır. Tələbələrdə bu bacarığın inkişafı üçün ixtisasın proqramında texniki biliklərdən öncə, alqoritmik və IT bilikləri tədris edilir.
Tədris müddətində Akademiyanın Karyera Mərkəzi uğurlu karyera üçün tələbələrlə konsultasiyalar edir, Mütəxəssisləşdirmə Proqramı çərçivəsində isə onlara iş həyatı üçün vacib “soft” və “hard skill”lər, kommunikasiya, təqdimat bacarıqları aşılanır. Məzun olduqda isə Akademiyanın beynəlxalq mühitdə tanınan diplomunu əldə edir.
-
Tədrisin başlanğıcında tələbələr sahənin ümumi məntiqini anlamaq üçün aşağıdakı modulları əldə edir.
Web Development Fundamentals
Bu modul üzrə tələbələr Web Development nədir, hansı tool-lardan istifadə olunur, Back End və Front End Development arasındakı fərqlər - kimi təməl anlayışları öyrənir.
Algorithmics
Alqoritmlərin işləmə məntiqini anlamaq developer-in işləyən və etibarlı kod yaza bilməsi, problem həll etmə bacarqlarının inkişafı üçün vacibdir. Full Stack Development-də alqoritmlər data strukturları, məlumatların təhlili və optimallaşdırma kimi mürəkkəb problemlərin həllində mühüm rol oynayır. Bu modul üzrə tələbələr praktika əsaslı dərslərlə alqoritm məntiqini anlayır və təcrübə edir.
Veb-saytların işləmə prinsipləri
Brauzerin işləmə prinsipləri nədir? Veb sorğuları və server cavabları necə işləyir? - kimi təməl sualların cavabı bu modul üzrə tədris edilir.
-
Full Stack Development-in tərkib hissələrindən biri Front End-dir. Bu səbəbdən tədrisin irəliləyən dövrlərində tələbələr Front End Developmentlə bağlı aşağıdakı modulları əldə edir.
HTML
Bu modul üzrə tələbələr HTML sintaksisi və əsas strukturu, blok elementləri və daxili elementlər, başqa səhifələrə keçid, yeni pəncərələrdə keçidlərin açılması kimi başlanğıc biliklərlə yanaşı, HTML sinifləri və obyektləri, Internal links, Favicons, Pathing, kod formatlaşdırma kimi əsas anlayışları da öyrənir.
CSS
CSS-in işləmə mexanizmləri, CSS pozisiyaları(Relative positioning, Absolute positioning, Fixed positioning, Sticky positioning), Flexbox və Grid layout-ları, media sorğusu sintaksisi kimi mövzular bu modul üzrə tədris edilir.
JavaScript
JavaScript veb-səhifənin interaktivliyi və dinamikliyini təmin edir. Bu modulda tələbələr JavaScript-in sintaksisi və konsol girişi, JavaScript massivləri, String metodları, JSON və Ajax kimi anlayışları praktika əsaslı dərslərlə öyrənir.
-
Tədris dövründə tələbələr back-end təkmilləşdirmə ilə bağlı aşağıdakı modulları əldə edir.
MYSQL
MySql database menecmenti sistemidir. Bu modulda MySql işləmə mexanizmləri, data tipləri və funksiyaları, serverin mühafizə olunması kimi mövzular tədris olunur.
Java
Bu modulda tələbələr Java proqramlaşdırma dilinin incəliklərini, istifadə olunan metodları, konstruktor tiplərini, Java framework-lərini, statik və final keyword-lərin işləmə prinsiplərini öyrənir və tətbiq edir.
-
Bütün modulları uğurla tamamlayan tələbələr, artıq diplom işlərini hazırlayaraq təqdim edir və Akademiyadan məzun olurlar. Tələbələrin vaxt itirmədən iş həyatına keçməsi üçün Akademiyanın Karyera Mərkəzi dəstək göstərir.
Məzun karyerası
Akademiyada “Full Stack Development” ixtisası üzrə təhsili uğurla tamamladıqdan sonra məzunlar artıq bu sahə üzrə ixtisaslı kadr sayılır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışır.
-
Java Developer;
-
Software Developer;
-
Front End Developer
-
Back End Developer
Art Direction nədir?
Art Director reklam, film, televiziya, çap və bu kimi kommunikasiya kanallarının konseptuallaşdırılmasını və vizual idarəetməsini həyata keçirir. Art Director-un əsas məqsədi vizual kommunikasiya vasitəsilə bir konsepsiyanı həyata keçirmək və mesajı nəzərdə tutulan auditoriyaya təsirli və yaddaqalan şəkildə çatdırmaqdır.
Art Director bir layihənin əvvəldən sona kimi vizual istiqamətinə nəzarət etmək üçün məsuliyyət daşıyır. Art Director-un əsas iş yükü isə kreativ konsept və ideaların yaradılması, vizual elementləri uyğunlaşması üçün öngörmək, kreativ komanda ilə işləmək, dizayn trendlərini biznes üçün daim nəzarətdə saxlamaqdan ibarətdir.
Günümüzdə eyni seqment üzrə müxtəlif markaların olduğunu nəzərə alsaq, hər bir marka özünəməxsus vizual konseptlər yaratmaqda maraqlıdır. Bu səbəbdən Art Director-lara maraq günü-gündən artır.
Kimlər üçündür?
Bu istiqamət üzrə müraciət üçün ən az 2 il qrafik dizayn təcrübəsi olması tələb olunur. Bundan əlavə isə araşdırmalar üçün ingilis dili biliyi B1 səviyyəsində olmalıdır.
Proqramın məzmunu
Baku Design Academy-nin təqdim etdiyi “Graphic & Art Director” Tədris Proqramı beynəlxalq və yerli müstəvidə təsdiqlənmiş tədris materiallarına əsaslanaraq tərtib edilmişdir. Proqramın məqsədi ölkədə ixtisaslı Art Director kadr boşluğunu təmin etmək, həm qlobal və həm də lokal bazarın tələblərinə cavab verən kadrlar yetişdirməkdir.
Proqram 6 tədris ayından ibarətdir. Tədris prosesi bu sahənin mütəxəssisləri olan instruktorlar tərəfindən praktika əsaslı aparılır.
Tədris müddətində Akademiyanın Karyera Mərkəzi uğurlu karyera üçün tələbələrlə konsultasiyalar edir, Mütəxəssisləşdirmə Proqramı çərçivəsində isə onlara iş həyatı üçün vacib “soft” və “hard skill”lər, kommunikasiya, təqdimat bacarıqları aşılanır. Məzun olduqda isə tələbə Akademiyanın diplomunu əldə edir.
-
Tədrisin ilk dövründə “Art Direction nədir və bir Art Director nələr edir?” - kimi suallara cavab tapılacaq və sahə ilə bağlı ümumi bir təsəvvür yaradılacaq.
Art Direction Əsasları
Bu modulda vizual dizayn prinsiplərindən onların necə yaranmasından və prinsiplərin məntiqi barədə təsəvvür yaranacaq. Bundan əlavə isə professionallıq və trendlərdən danışılacaq.
Art Director necə olmalı?
Bu modul bir Art Director nələri bilməlidir, vizion necə formalaşdırılmalıdır, konsept və hekayənin inkişafından əhatə edir.
-
Bir Art Director-un vizual kommunikasiyanı ön görməsi, konsept inkişafı, branding və identity üçün marketinq və brendləşdirmə anlayışlarının olması zəruridir.
Reklam növləri
Extreme consequence, Fear appeal, Emotional appeal kimi 10-dan çox reklam növləri bu modulu əhatə edir.
Branding
Bu hissədə isə branding-də nələr nəzərə alınmalıdır və bir Art Director-un branding-dəki rolundan danışılacaq.
-
Art Direction qaydaları
Golden ratio” kimi tipoqrafik, poster və loqo kimi vizual kommunikasiyalarda istifadə edilən qaydalar bu modulu əhatə edir.
Fotoqrafiya və Print
Bir Art Director fotoqrafiya, print kimi işlərdə də vizual kommunikasiyaya təsir etdiyi üçün istiqamət verməyi bacarmalıdır. Bu modul fotoqrafiya və printi əhatə edəcək.
Innovative tools
Art director-un həm də ilhamlana bilməsi üçün Midjourney kimi yeni çıxan və trenddə olan alətləri istifadə edə bilməsi önəmlidir. Bu modul innovativ alətlərin istifədəsini əhatə edir.
İnstruktorlar
Məzun karyerası
Akademiyada “Graphic & Art Director” ixtisası üzrə təhsili uğurla tamamladıqdan sonra məzunlar artıq bu sahə üzrə ixtisaslı kadr sayılır. Proqramın məzunları müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərdə aşağıdakı vəzifələrdə çalışır.
-
Art Director;
-
Design Lead;
-
Senior Graphic Designer.