2021-dən etibarən sərhədləri aşırıq – Akademiya bugünə qədər lokal Kapital Bank, Paşa bank və digər iri şirkətlərdən əlavə Adobe, Microsoft, Autodesk kimi qlobal nəhənglərlə də əməkdaşlıq edir.
Modern dizayn industriyasını onsuz təsəvvür etmək mümkün deyil. Bəli, söhbət ABŞ-da və dünyada öz sözünü demiş Adobe şirkətindən gedir. Şirkət Photoshop, Illustrator, InDesign kimi fundamental proqram təminatlarının müəllifidir.
Memarlıq və interyer dizaynında proqram təminatı deyəndə ağıla gələn ilk qlobal brend – Autodesk Akademiyanın beynəlxalq partnyorları sırasındadır.
Populyar Windows əməliyyat sisteminin istehsalçısı olan Microsoft brendi dünyanın ikinci ən böyük şirkətidir və Akademiyanın beynəlxalq partnyorudur.
Azərbaycanda iqtisadiyyatın aparıcı qüvvələrindən biri olan Kapital Bank Akademiyanın yerli partnyorlarından biridir.
Pasha Life cəsarətli addımları və innovativ yanaşması ilə lokal gənc nəslin diqqət mərkəzində və Akademiyanın korporativ partnyorları sırasındadır.
Akademiyanın daha bir önəmli partnyoru Azərbaycanda sığorta və maliyyə sektorunun öndəgələn şirkətlərindən biri olan Paşa Sığortadır.
Lokal dizayn təhsilinin keyfiyyətini qaldırmaq və bu sahəyə innovativ həllər gətirmək üçün Akademiya Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Rabitə və Yüksək texnologiyalar nazirliyi Akademiyanın daha bir dövlət səviyyəli partnyorlarından biridir.