Səmidxan Talışınski

Motion Design Instructor

“Hər kəs öyrənəcək, əgər öyrənmək istəyi varsa”

Samidxan Talışinski– Akademiyanın Animasiya Dizaynı Instructoru.

Samidxan Talışinski animasiya dizaynı sahəsində artıq 11 ildir ki, fəaliyyət göstərir. Həm xarici, həm də yerli bazarın iş mühitini təcrübə etmiş Samidxan Talışınski bu müddət ərzində 2D Animasiyalar, VFX effektləri və hərəkətli qrafika sahələrində peşəkarlıq qazanmışdır. 2015-ci ildən mütəxəssis özünü stok veb səhiflərdə avtor olaraq yoxlayır və bu sahədə çox böyük uğurlar qazanır.

Instructor “Motionarray”, “Pond5”, “Envato”, “MotionElements” və s. kimi stok saytlarda bir neçə dəfə ilin ən yaxşı “Wedding Template” hazırlayıcısı olaraq seçilmişdir. Sayılı dizaynerlərə verilən “Ultra Hero” nişanına sahib peşəkar dizaynerin animasiya işləri milyonlarla istifadəçi tərəfindən satın alınmışdır.

Özəl reklam şirkətləri və “Vergilər Nazirliyi” kimi dövlət qurumlarının vizual kommunikasiya departmentlərində motion dizayner olaraq çalışmış S.Talışinksi televiziyada tez-tez gördüyümüz animasiya çarxlarının bir çoxunun müəllifidir.

Yaradıcı dizayner tələbələrinə qarşı səmimi və öyrədici münasibətilə tanınır. Lakin Samidxan Talışinskini fərqləndirən əsas xüsusiyyət animasiya dizaynını ənənəvi qaydalara əsasən deyil, innovativ formada tədris etməsidir. Dizayn işlərini stok saytlarda passiv gəlirə çevirməyin bütün detallarını sillabusuna daxil etmiş mütəxəssis bazar analizi, müştəri kommunikasiyası, qiymətləndirmə prinsipləri və s. kimi məsələləri tələbələrinə praktik tapşırıqlar üzərindən öyrədir. Mütəxəssisin sözləri ilə desək, “Yaxşı bir dizayner eyni zamanda yaxşı bir psixoloq və analitik olmalıdır”.

Instructorun bir çox tələbəsi hal-hazırda xarici və yerli aparıcı şirkətlərdə motion dizayner və ya frilans müəllif olaraq çalışır.

 

Seçilmiş işləri