Data Science üzrə magistratura təhsili alan instruktor ilk iş təcrübəsinə Azərbaycan Beynəlxalq Bankında Data Scientist olaraq başlamışdır. Daha sonra isə həmin şirkətdə Lead Data Scientist vəzifəsinə yüksəlmiş, paralel olaraq bu sahə üzrə təlimlər həyata keçirmiş və frilans fəaliyyətə də davam etmişdir.
Həmçinin, fərqli ölkələrdən olan PHD araşdırmaçıların tədqiqatlarının statistik analizləri ilə məşğul olmuş, “IEEE Xplore” e-kitabxanasında yayımlanan "Log and Execution Trace Analytics System" adlı məqaləsi ilə "IEEE INISTA 2021" konfransında iştirak etmişdir.