7 ildən çoxdur dizayn sahəsində fəaliyyət göstərən Mehman Məmmədov, əsasən, brendinq, qablaşdırma dizaynı kateqoriyaları üzrə ixtisaslaşmışdır. Karyera keçmişində United Design School, Delta Group kimi prestijli şirkətlər olan instruktor, həmçinin beynəlxalq mərkəzli DDB Azerbaijan reklam agentliyində Art Director olaraq çalışmışdır.
İnstruktorun portfoliosuna daxil olan işlər Azərbaycanı ölkə xaricində təmsil etmiş, tanınmış qlobal platformalarda işləri dərc olunmuşdur. Sevilən un məmulatları brendi olan “Çörəkçi”nin də brendinqi insrtuktorun işidir və “Packaging of the World” platformasında dərc edilmişdir.