Aqşin Rəcəbov

UX&UI Designer | Instructor

“Araşdır, çək, prototiplə. Bu gedişatı həyat tərzimizə çevirək”

Aqşin Rəcəbov – Akademiyanın UX&UI Instructoru

Aqşin Rəcəbov karyerasına Polşanın “Poznan School of Social Sciences” universitetində başlamışdır. Təhsilinin əsas predmentinin insan – cəmiyyət münasibətləri və insan davranışları olması Aqşin Rəcəbovu peşəkar bir UX dizayneri edən onlarla səbəbdən sadəcə biridir. 9 ildir ki, dizaynla məşğul olan mütəxəssis illərlə xarici bazarda çalışmış, nəhəng layihələrə imza atmışdır.

Türkiyənin ən aparıcı media şirkəti olan “AcunMedya”-da Veb dizayner, “Beşiktaş Kültür Merkezi”-də konsept dizayner, “ModaCruz” və “Enerjim” kimi şirkətlərdə isə UI/UX dizayner olaraq işləmişdir. 20 milyon endirilməni keçmiş “LOLO Puzzle Game” oyununun UX layihə rəhbəri də məhz Aqşin Rəcəbovdur.

Aqşin Rəcəbov eyni zamanda Azərbaycanda ilk dəfə keçirilən “Cannes” festivalının “Young Lions” müsabiqəsinin qaliblərindəndir. 

Instructorun ən çox zövq aldığı UI/UX işi isə mobil tətbiqetmə dizaynı və UX araşdırmasıdır. Təsadüfi deyil ki, dünyada seçilib sayılan video oyun şirkətlərindən olan “Hothead Games”-də “Rivals at War” oyunun UX araşdırmaçısı olaraq fəaliyyət göstərmişdir. Azərbaycanda bir sıra universitetlərin təşkil etdiyi təlimlərdə təlimçi qismində çıxış edən A.Rəcəbov front-end development sahəsində 5 illik təcrübəyə sahibdir və HTML, CSS, PHP kimi proqramlaşdırma dillərini bilir. 

Aqşin Rəcəbov dərslərində texniki və nəzəri məsələlərlə yanaşı dizayn dünyasının yenilik və trendlərinə də yer verir. Onun tələbələri tərəfindən ən sevilən xüsusiyyətlərindən biri hər daim onlara “anormal dərəcədə” motivasiya verməsidir. Aqşin Rəcəbov öz tələbələrini dünyadakı dizayn çətinliklərinin üstəsindən gələcək və dizayn dünyasına yeni qapılar açacaq dizaynerlər kimi görür. Mütəxəssis fikrini belə açıqlayır. “Tələbələr bu məqsədə çatmaq üçün lazımi hər cür bacarıq və biliyə sahibdirlər. Çox zaman çatışmayan tək şey motivasiya olur, onu da mən artıqlaması ilə verirəm.”

Instructor eyni zamanda “Money Master”, “Fame Hunt” və “Quote Maker” kimi layihələrin də müəllifidir.

Seçilmiş işləri