Azərbaycanın dizayn şirkəti beynəlxalq arenaya addım atdı

Yerli brend Bakı Dizayn Akademiyası ABŞ mərkəzli "Microsoft", "Adobe" və "Autodesk" şirkətlərini Azərbaycanda təmsil etməyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, dizayn tədrisi ilə məşğul olan Dizayn Akademiyası bu müqavilə ilə Azərbaycanda dizayn sektorunun inkişafına təkan verməklə yanaşı, həm də yerli dizaynerlər üçün beynəlxalq imkanlar yaradacaq.

Akademiya eyni zamanda bu şirkətlərin Azərbaycandakı rəsmi imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.

Belə ki, artıq dizaynerlərlə yanaşı, IT mütəxəssislər, proqramçı-mühəndislər, layihə menecerləri kimi yerli mütəxəssislərimizin beynəlxalq imtahanları ölkəmizdə test mərkəzlərində vermək imkanı olacaq.

Orijinal xəbərə keçid