“Adobe” və “Autodesk” şirkətlərini Azərbaycanda Bakı Dizayn Akademiyası təmsil edəcək!

Bakı Dizayn Akademiyası bir sıra texnologiya liderlərini Azərbaycanda təmsil etməyə başlayıb. 

ABŞ-ın nüfuzlu “Adobe”, “Microsoft” və “Autodesk” şirkətləri yerli brendimiz olan Bakı Dizayn Akademiyası ilə partnyorluq müqaviləsi imzalayıb. 

Dizayn tədrisi ilə məşğul olan Bakı Dizayn Akademiyası bu müqavilə ilə Azərbaycanda dizayn sektorunun inkişafına təkan verməklə yanaşı, həm də yerli dizaynerlər üçün beynəlxalq imkanlar yaradacaq.

Akademiya həm də bu şirkətlərin azərbaycandakı rəsmi imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.

Belə ki, artıq dizaynerlərlə yanaşı, IT mütəxəssislər, proqramçı-mühəndislər, layihə menecerləri kimi yerli mütəxəssislərimizin beynəlxalq imtahanları ölkəmizdə test mərkəzlərində vermək imkanı olacaq.

Orijinal xəbərə keçid