Aqşin Rəcəbov karyerasına Polşanın “Poznan School of Social Sciences” universitetində başlamışdır. Təhsilinin əsas predmentinin insan – cəmiyyət münasibətləri və insan davranışları olması Aqşin Rəcəbovu peşəkar bir UX dizayneri edən onlarla səbəbdən sadəcə biridir. 9 ildir ki, dizaynla məşğul olan mütəxəssis illərlə xarici bazarda çalışmış, nəhəng layihələrə imza atmışdır.
Türkiyənin ən aparıcı media şirkəti olan “AcunMedya”-da Veb dizayner, “Beşiktaş Kültür Merkezi”-də konsept dizayner, “ModaCruz” və “Enerjim” kimi şirkətlərdə isə UI/UX dizayner olaraq işləmişdir. 20 milyon endirilməni keçmiş “LOLO Puzzle Game” oyununun UX layihə rəhbəri də məhz Aqşin Rəcəbovdur.
Aqşin Rəcəbov eyni zamanda Azərbaycanda ilk dəfə keçirilən “Cannes” festivalının “Young Lions” müsabiqəsinin qaliblərindəndir.