Dizayn Akademiyası

Beynəlxalq təhsil modeli və təsdiqlənmiş modullardan ibarət tədris məzmunu.

2018-ci ildə təsis olunan Bakı Dizayn Akademiyası dizayn sahəsinin müxtəlif istiqamətləri üzrə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Akademiyada dizayn sahəsinin UX&UI, Qrafik dizayn, İnteryer Dizayn, Animasiya Dizaynı, 3D dizayn və Graphic Art Direction ixtisasları tədris olunur.

Bakı Dizayn Akademiyası 2021-ci ildən etibarən eyni zamanda ABŞ-ın Adobe və Autodesk şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. Partnyorluq çərçivəsində Akademiya Adobe və Autodesk şirkətlərinin Azərbaycandakı yeganə imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərir.

Produktiv mühit

Kreativliyi və pozitiv enerjisi ilə seçilən topluluq Akademiyada tədris prosesinin əsas elementlərindən biridir. Burada hər bir detal tələbələrin dinamik inkişafına və ixtisaslaşmasına yönəlib. Tələbələr tədris saatları ilə yanaşı həm də mentorluq sistemi vasitəsi ilə Akademiyadakı produktiv mühitdən faydalanır.

Beynəlxalq tədris

Beynəlxalq səviyyəli mütəxəssislər yetişdirmək Akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Bu məqsədlə dizayn tədrisi sahəsində qlobal standartları tətbiq edən Akademiya, tədrisin məzmununu Adobe və Autodesk şirkətlərinin tədris materialları əsasında təşkil edib.

Böyük topluluq

900+

Qlobal partnyor

10+

Lokal partnyor

30+

Bitirilmiş layihələr

200+

Adobe Sertifikatlı Instruktorlar

Akademiyada tədrisi həyata keçirən instruktorlar Adobe Certified Professional sertifikatlı müəllimlərdir. UX/UI dizaynın tədrisi isə Figmanın Azərbaycan üzrə rəsmi təmsilçisi ünvanını daşıyan mütəxəssis tərəfindən aparılır.

Karyera Mərkəzi

Akademiya kollektivi tədrisdən sonrakı dövrdə də tələbələrin yanındadır. Məzunlara təhsildən sonrakı karyeralarında peşəkar fəaliyyətlərini təmin etmək üçün dəstək Karyera Mərkəzi tərəfindən təmin olunur.

Mentorluq Sistemi

Akademiya tələbələri dərsdən əlavə ayrılmış saatlar ərzində mentor dəstəyi əldə edirlər. Burada məqsəd yalnız dərs saatlarında deyil, digər zamanlarda da tələbənin fasiləsiz inkişafını təmin etməkdir.

Beynəlxalq Metodologiya

Akademiyada tədris olunan ixtisasların məzmunu Adobe, Microsoft və Autodesk kimi şirkətlərin tədris materialları əsasında təşkil olunub. Tədrisin məzmunu praktiki dərslərdən və beynəlxalq müstəvidə təsdiqlənmiş modullardan ibarətdir.

Akademiya mühiti

Peşəkar çevrə, dizayn trendlərinin yarandığı yerdə olmaq, tələbələr arası netvörkinq imkanları Akademiya mühitinin üstünlüklərindən bəziləridir. Topluluğun dəyə və prinsipləri ilə isə Akademiya tələbəsi adını qazandıqda tanış olacaqsan.

Tələbələrin Sertifikasiyası

Tələbələrin uğurlarını stimullaşdırmaq Akademiyanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Fərqlənən tələbələrin Autodesk və Adobe üzrə beynəlxalq imtahan xərclərinin 100%-nə Akademiya sponsorluq edir.

Mentorluq Sistemi

Akademiya tələbələri dərsdən əlavə ayrılmış saatlar ərzində mentor dəstəyi əldə edirlər. Burada məqsəd yalnız dərs saatlarında deyil, digər zamanlarda da tələbənin fasiləsiz inkişafını təmin etməkdir.

Tələbələrin Sertifikasiyası

Tələbələrin uğurlarını stimullaşdırmaq Akademiyanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Fərqlənən tələbələrin Autodesk və Adobe üzrə beynəlxalq imtahan xərclərinin 100%-nə Akademiya sponsorluq edir.

Tez-tez verilən suallar

Haqqımızda
  • 2018-ci ildə Bakı şəhərində fəaliyyətə başlayan Bakı Dizayn Akademiyası qrafik, interyer, UX&UI və animasiya dizaynı sahəsində yaradıcı işləri ilə dünyanı heyrətləndirən dizaynerlər yetişdirən tədris müəssisəsidir.

  • “Baku Design Academy” Bakı şəhəri, C.Cabbarlı 44, Caspian Plaza 2-ci korpus, 8-ci mərtəbədə yerləşir.

Proqramlar
  • Akademiyada tədris edilməkdə olan Qrafik dizayn, İnteryer dizayn və Animasiya dizaynı dərs proqramı hər biri 6 ay (48 dərs), UX&UI dizayn dərs proqramı isə 4 + 1 ay (32 dərs) davam etməkdədir. Daha ətraflı məlumat üçün keçidə klikləyin.

  • Tələbələr tədris müddətində Akademiyanın təyin etdiyi qiymətləndirmə şkalasına görə dəyərləndirilir. Bu müddətin sonunda isə tələbələrdən diplom işi və portfolio təqdim etmələri istənilir. Bu yolda uğurlu olan tələbələr Akademiyanın məzunu adını qazanır və onlara rəsmi “Baku Design Academy” diplomu təqdim edilir.

  • Xeyr, rəssamlıq, xarici dil biliyi və bu kimi bacarıqlar tələb olunmur.

  • Xeyr, xüsusi hazırlanmış dərs proqramı həm 0-dan, yəni başlanğıc səviyyədə olan, həm də baza biliyi olan tələbələr üçün tədris edilib. Başlamaq üçün heç bir ilkin dizayn biliyinin olması mütləq deyil.

Qruplar
  • Bu şəxsin seçdiyi tədris istiqamətindən asılıdır. Belə ki, qrafik və animasiya dizaynı üçün 13-14 yaş, interyer və UX&UI dizayn proqramları üçün isə minimum 18 yaş tələb olunur.

  • Qruplar ortalama 10 nəfərdən ibarət olur.

  • Dizayn dərslərində qrupla müzakirələr, rəqabətli praktika mühiti, daim çoxsaylı fərqli yanaşmalar və qrup oyunları ilə biliyi möhkəmlətmək və s. lazım olduğu üçün fərdi dərslər tövsiyyə edilmir. Akademiyada fərdi dərslər keçirilmir.

  • Xeyr, Akademiyanın tələbəsi olmaq üçün hər hansı bir ali təhsil müəssisəsini bitirməyiniz tələb olunmur. Həmçinin, dizayner karyeranız üçün də, hər hansısa ali təhsil bitirmək tələb olunmur.

Ödəmə vasitələri
  • Bəli, Akademiyanın Kapital Bank ilə əməkdaşlığı çərçivəsində ödənişlərinizi BirKart vasitəsilə 6, 9 və 12 ay hissə-hissə ödəmə imkanınız var.

  • Tələbələr həmçinin daxili taksitləşmədən yararlanaraq 6, 9, 12, 15 və 18 ay hissə-hissə ödəmə imkanına sahibdirlər.

Online Müraciət

Sayt üzərindən etdiyiniz müraciətlər 2 iş günü ərzində geri dönüş alacaqdır.