Təqaüd proqramında müsahibən üçün 3 tövsiyə

Ulduz İsmayıl

Copywriter

Bu məqalədə müsahibəyə daha özgüvənli formada getmən üçün tövsiyələrimizi bölüşəcəyik. Başlayaq! :)
“Niyə”ni bil.

 

Müsahibə zamanı, “niyə”n çox önəmlidir. Niyə məhz bu sahə üzrə oxumaq istədiyini özünə kifayət qədər güclü əsaslandırdığından əmin ol. Çünki müsahibə zamanı bunu digərlərinə də başa salmalı olacaqsan. 

 

Lakonik ol.

Müsahibə üçün vaxtımız limitli olacaq. O səbəbdən suallara mümkün qədər lakonik və dolğun cavab vermən sənin üçün böyük avantajdır.

 

Məlumatlı gəl.

İntervyuda seçdiyin dizayn sahəsi üzrə sadə suallarla qarşılaşa bilərsən. Burada mürəkkəb və çətin mövzulardan söhbət getmir. Məqsəd seçdiyin sahəyə olan marağını test etməkdir.