Dizayn Təqaüd Proqramının UX&UI ixtisası üzrə imtahan mərhələsinə hazırlaşmağın üçün tövsiyələr.

Ulduz İsmayıl

Copywriter

İlk öncə bu mərhələyə keçmən münasibətilə səni təbrik edirik!

 

Dizayn Təqaüd Proqramı üçün imtahana hazırlaşan zaman aşağıdakı 4 sual üzrə tövsiyələrimizi səninlə bölüşürük. 

 

  1. UX&UI sahəsi üzrə yanaşman bu ixtisasla nə qədər uyğundur?  

 

İlk sualda UX&UI ixtisası üçün lazım olan yanaşmalara sahib olub-olmadığın ölçülür. Bir interfeysin və ya tətbiqin istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün hansı məqamlara önəm verilməlidir? 

 

  1. Məntiqi əsaslandırma qabiliyyətin nə qədər güclüdür? 

 

Ümid edirik məntiq sualları ilə aran yaxşıdır, çünki imtahan zamanı həm də sənin məntiqi əsaslandırma bacarığın yoxlanılacaq. İmtahanın bu mərhələsində problem həll etmə qabiliyyətinin nə qədər yaxşı olduğunu yoxlamaq üçün sualları cavablandırırsan. 

 

  1. Araşdırma qabiliyyətin nə qədər yaxşıdır?

 

Bu hissədə mövzu ətrafında doğru suallar verərək araşdırma və məlumat toplama bacarığın yoxlanır. Problemi həll etmək üçün məlumat toplayıb doğru şəkildə analiz edə bilirsənmi? İmtahana tam hazırlıqlı gəlmək üçün araşdırmana indidən başla. 

 

  1. İngilis dili biliyin hansı səviyyədədir? 

 

Və nəhayət, UX&UI proqramından maksimum fayda əldə etmən üçün ingilis dilində müəyyən səviyyədə anlama və araşdırma etmək bacarığın olmalıdır. İmtahan zamanı dil biliyin də qiymətləndirilir. İngilis dilini nə qədər yaxşı bilsən də, imtahanda həyəcanlanıb unutmağın normaldır. Buna görə hazırlaşmağa elə indi başlamanı məsləhət görürük. İmtahanda uğurlar! :)