Dizayn Təqaüd Proqramının Advanced UX&UI ixtisası üzrə imtahan mərhələsinə hazırlaşmağın üçün tövsiyələr.

Ulduz İsmayıl

Copywriter

İlk öncə bu mərhələyə keçmən münasibətilə səni təbrik edirik!

 

Dizayn Təqaüd Proqramı üçün imtahana hazırlaşan zaman aşağıdakı 4 sual üzrə tövsiyələrimizi səninlə bölüşürük. 

 

  1.  UX&UI sahəsində hansı səviyyədə ixtisaslaşmısan? 

 

İlk sual sənin bu sahə üzrə nə qədər ixtisaslaşdığını yoxlamaq üçündür. UX&UI sahəsi ilə bağlı hansı anlayışları bilirsən? Və bu anlayışları nə qədər yaxşı bilirsən? Bu mərhələdə sahə haqqında nə qədər biliyinin olduğu ölçülür. Odur ki, biliyini artırmaq üçün hazırlaşmağa indidən başla, çünki UX&UI sahəsində dərin mövzular çoxdur. 

 

  1. Məntiqi əsaslandırma qabiliyyətin nə qədər güclüdür? 

 

Ümid edirik məntiq sualları ilə aran yaxşıdır, çünki imtahan zamanı həm də sənin məntiqi əsaslandırma bacarığın yoxlanılacaq. İmtahanın bu mərhələsində problem həll etmə qabiliyyətinin nə qədər yaxşı olduğunu yoxlamaq üçün sualları cavablandırırsan. 

 

  1. Araşdırma qabiliyyətin nə qədər yaxşıdır?

 

Bu hissədə mövzu ətrafında doğru suallar verərək araşdırma və məlumat toplama bacarığın yoxlanır. Problemi həll etmək üçün məlumat toplayıb doğru şəkildə analiz edə bilirsənmi? İmtahana tam hazırlıqlı gəlmək üçün kifayət qədər araşdırma etdiyindən əmin. 

 

  1. İngilis dili biliyin hansı səviyyədədir? 

 

Və nəhayət, UX&UI proqramından maksimum fayda əldə etmən üçün ingilis dilində müəyyən səviyyədə anlama və araşdırma etmək bacarığın olmalıdır. İmtahan zamanı dil biliyin də qiymətləndirilir. İngilis dilini nə qədər yaxşı bilsən də, imtahanda həyəcanlanıb unutmağın normaldır. Buna görə hazırlaşmağa elə indi başlamanı məsləhət görürük. İmtahanda uğurlar! :)