Dizayn Təqaüd Proqramı üçün CV-ində 4 məqama diqqət et

Ulduz İsmayıl

Copywriter

İş təcrübən dizayn təhsilini nə qədər dəstəkləyir?

Birinci iş təcrübəndən başlamağı tövsiyə edirik. Xronololoji ardıcılıqda öncə son (indiki) iş yerini, daha sonra isə əvvəlki iş yerlərini qeyd etmən məsləhətdir. İş təcrübən haqqında bölmədə, dizaynla əlaqəli sahələrin olması üstünlükdür.

 

Təhsilin Akademiyada seçdiyin ixtisasla əlaqəlidir?

Daha sonra təhsilin haqqında məlumatlarla davam edə bilərsən. Burada da eynilə, ilk öncə təhsil aldığın son müəssisəni ardınca isə daha əvvəlki yerləri qeyd edə bilərsən. Əgər təhsilinin Dizayn Təqaüd Proqramında seçdiyin ixtisasa aidiyyatı varsa (birbaşa və ya dolayı), bu sənin üçün avantajdır.

 

Motivasiya məktubunla CV-in bir-birini tamamlayır?

CV ilə motivasiya məktubun eyni anda qiymətləndirilir. Ona görə CV-də qeyd etdiyin məqamların motivasiya məktubunda dəstəklədiyindən və izah etdiyindən (burada təkrarlamaq nəzərdə tutulmur) əmin ol. 

 

CV-in maksimum aydın və səliqəli görünür?

Nəhayət, CV-nin oxucu üçün maksimum aydın və səliqəli olması önəmlidir. CV hazırlayarkən, struktur, şrift seçimi və ölçüsü kimi detallar haqqında kifayət qədər araşdırma etməni tövsiyə edirik. Dizayn Təqaüd Proqramı üçün xüsusi CV template-i tələb olunmur; CV-ni minimalist, standart və ya kreativ dizayn etməkdə sərbəstsən.