İlk öncə bu mərhələyə keçmən münasibətilə səni təbrik edirik!
Dizayn Təqaüd Proqramı üçün imtahana hazırlaşan zaman aşağıdakı 4 sual üzrə tövsiyələrimizi səninlə bölüşürük.
-
3D sahəsi barədə nə qədər məlumatlısan?
3D dizayn fiqurlar ilə əlaqəli sahə olduğundan imtahanın ilk hissəsində bu barədə bilik səviyyən ölçüləcək. Odur ki, imtahana gəlməzdən öncə fəza füqurlarını araşdırmağını məsləhət görürük. Amma narahat olma çünki çox dərin mövzulardan söhbət getmir.
-
Məntiqi əsaslandırma qabiliyyətin nə qədər güclüdür?
Ümid edirik məntiq sualları ilə aran yaxşıdır, çünki imtahan zamanı həm də sənin məntiqi əsaslandırma bacarığın yoxlanılacaq. İmtahanın bu mərhələsində problem həll etmə qabiliyyətinin nə qədər yaxşı olduğunu yoxlamaq üçün sualları cavablandırırsan.
-
Araşdırma qabiliyyətin nə qədər yaxşıdır?
Bu hissədə mövzu ətrafında doğru suallar verərək araşdırma və məlumat toplama bacarığın yoxlanır. Problemi həll etmək üçün məlumat toplayıb doğru şəkildə analiz edə bilirsənmi? İmtahana tam hazırlıqlı gəlmək üçün kifayət qədər araşdırma etdiyindən əmin.
-
İngilis dili biliyin hansı səviyyədədir?
Və nəhayət, 3D Dizayn proqramından maksimum fayda əldə etmən üçün ingilis dilində müəyyən səviyyədə anlama və araşdırma etmək bacarığın olmalıdır. İmtahan zamanı dil biliyin də qiymətləndirilir. İngilis dilini nə qədər yaxşı bilsən də, imtahanda həyəcanlanıb unutmağın normaldır. Buna görə hazırlaşmağa elə indi başlamanı məsləhət görürük. İmtahanda uğurlar! :)