Hekayələr (story) gündəlik həyatımızda baş verən hadisələri və anları paylaşmağın sürətli və asan yoludur. Hamıya məlumdur ki, hekayələr paylaşımlardan daha çox izlənilir və maraq doğurur.
Bir çox sosial media şəbəkələrində hekayə özəlliyi mövcud olsa da, günümüzdə daha çox aktivlik İnstaqram və Feysbukun payına düşür.
Hekayələr 2016-ci ildə İnstaqramda, 2017-ci ildə isə Feysbukda yaradıldı. İstifadəçilərin əksəriyyəti bu xüsusiyyətlə Snapchat tətbiqi arasındakı oxşarlığı müzakirə edirdi. Zaman keçdikcə İnstaqram hekayələri daha da genişləndirdi və təkmilləşdirdi. Hal-hazırda da İnstaqram hekayələrin daha çox istifadəsi üçün günü-gündən yeni funksiyalar (musiqi, hekayə xəritəsi, IGTV alış-veriş və s.) əlavə edir.
“Highlight”larda önəm verməli olduğumuz məqam highlight cover-lərdir. Siz hekayələrinizin məzmununa əsasən cover-ləri müəyyən edə bilərsiniz. “Highlight”larda cover yerləşdirilməsi səhifənizi daha səliqəli göstərəcək.
Araşdırmalara görə insanların 52 %-i markalardan daha tez və asan başa düşülə bilən hekayələr gözləyirlər. Hekayə müddətinin 15 saniyə olduğunu nəzərə alsaq, qəliz və uzun cümlələrdən istifadə etməyimiz məqsədə uyğun olmaz.
İnsanların 46 %-i isə markanın izləyicilərə müəyyən məhsul və ya xidmətləri barədə məsləhətlər verdiyi hekayələr görmək istəyirlər. Bu, məhsul və ya xidmətlərin istifadəsini insanlara daha aydın və rahat edir.
Bütün bu nəticələri nəzərə alaraq siz gündəlik hekayə ideyalarınızı formalaşdıra bilərsiniz.
Gün keçdikcə hekayələrin sosial mediada önəmi artmaqda davam edir. Bu isə onlardan düzgün istifadəni zəruriləşdirir. Ümid edirəm ki, bütün bu qeyd edilənlər sizin üçün faydalı oldu. Həyat hekayələriniz daim rəngarəng olsun 🥳🥳