BİZNES VƏ PROQRAMLAŞDIRMA

  • Məhsul Sahibi
  • Data Science
  • Full Stack Proqramlaşdırma
Mən ixtisasımı seçmişəm
MÜRACİƏT ET

Nədir?

Məhsul sahibi məhsula maksimum dəyər qatan şəxsdir. Onun əsas işi bir məhsulun bazara çıxa bilməsi üçün lazım olan bütün prosesin başdan sona bütün mərhələlərini planlama və icrasında komandaya dəstək olmaqdır. Bazar araşdırması, məhsul özəlliklərinin müəyyənləşdirilməsi, Stakeholderlərlə iş, komandaya liderlik etmək Məhsul Sahibinin əsas vəzifələridir.

BU TAM MƏNLİKDİR
Məhsul Sahibi

Proqram məzmunu

    • Təməllər
      Biznes Analistin rolu, Stakeholder-lərin istəklərinin toplanması, interviyuların aparılması, prosesin ümumi xəritəsini çıxarmaq, prioritetləri müəyyənləşdirmək, user story-nin çıxarılması və s. Kimi mövzular bu bölmədə tədris edilir.
    • Stakeholder Management
      Stakeholder-in gözləntilərini anlamaq və onlarla effektiv əlaqələr qurmaq
    • Agile
      Agile metodları və üsulları, zəruri ehtiyacların müəyyənləşməsi və idarəsi
    • Biznes Analitika alətləri və üsulları
      JIRA, Confluence, və Visio kimi alətlər, data analiz və vizualizasiya alətləri, layihənin həyat dövründə biznes təhlisi və s öyrənilir.
    • QA testing
      Bu bölmədə proqram təminatının sınaqdan keçirilməsi və QA prinsiplərinə giriş, test yanaşmaları və strategiyaları, testin planlaşdırılması və icrası tədris edilir.
    • Təməllər
      Rəqəmsal məhsulu olan şirkətlərdə missiya, vizionun önəmi, məhsul strategiyası, strateji məqsədlərin təyin olunması və s.
    • Roadmapping: Tools and Techniques
      Effektiv yol xəritələrinin yaradılması üsulları, yol xəritələrini vizuallaşdırmaq üçün alətlər.
    • Araşdırma metodları və Design Thinking
      Müxtəlif tədqiqat metodologiyaları, kəmiyyət və keyfiyyət tədqiqat yanaşmaları, hipotezlərin formalaşdırılmasının əsasları, Dizayn Thinking prinsipləri və nümunələri, İstifadəçi müsahibələrinin hazırlanması və aparılması.
    • Backlog idarəetməsi
      Agile metodologiyalarının icmalı: Agile, Scrum, Kanban və s, Layihə İdarəetmə İnstitutu (PMI) və Beynəlxalq Biznes Təhlili İnstitutu (IIBA) metodologiyaları, Prioritetləşdirmə.
    • Məhsul metrikləri və ölçmə alətləri
      İstifadəçi cəlb etmək üçün metriklər, performans və müştəri məmnuniyyəti metrikləri, Google Analytics, Yandex Metrica və s. kimi analitik alətlər.
    • Soft Skills
      Empatiyanın vacibliyi, netvörkinq və kommunikasiyanın əsasları, komanda işi, münaqişələrin həlli, vaxtın idarə edilməsi və planlaşdırılması, emosional zəka, hipotezləri müdafiə etmək və aktiv dinləmə bacarıqları.
  • Bu mərhələdə Məhsul Sahibi real komanda ilə birgə çalışaraq, məhsulun ilkin ideyadan Minimum Viable Product (MVP) mərhələsinə qədər inkişafına rəhbərlik edəcək. Komanda iki həftəlik sprintlərdə fəaliyyət göstərən Agile yanaşma ilə işləyəcək. Hər bir sprint planlaşdırma sessiyası ilə başlayacaq, ardınca gündəlik görüşlər, biznes maraqlı tərəfləri ilə baxış və komanda ilə retrospektiv görüşlər keçiriləcək.

     

    Məhsul Sahibinin və məhsulun özünün inkişafına dəstək olmaq üçün həftədə iki dəfə təlimçilər ilə iki saatlıq görüşlər keçiriləcək. Təlimçilər bu mərhələdə bir müddət Agile Kouçları, bir müddət Baş Məhsul Sahibləri və bir müddət də biznes tərəfdən C level əməkdaşları kimi iştirak edəcək. 

İNSTRUKTOR

Şahlar Dəmirli

Şahlar Dəmirli, Azərbaycanın özündən gələn və Fintech sahəsində uğur qazanmış bir mütəxəssisdir. Kapital Bank, Whelp Inc., SmilePay və digər keyfiyyətli şirkətlərdə 4 ildən çox müxtəlif sahələrdə iş təcrübəsi əldə etmiş və müştərilərinin nailiyyətlərinə sadiq olmuşdur.

Məhsulların tərtibatından başlayaraq, digər layihələr və laboratoriya rəhbərliyinə qədər, Şahlar, sürətli və effektiv inkişaf etməklə tanınmağa nail olmuşdur. Hazırda, GuavaPay-də işləyərək, öz təcrübə və bacarıqlarını Fintech sahəsində daha da sərtləşdirməyə davam edir.

  Guavapay

İNSTRUKTOR

Şəhruz Həsənli

Şəhruz Həsənli ən çox Fintech sahəsində olmaqla bir çox bank və telekom şirkətlərində layihələr üzrə iş təcrübəsinə sahibdir. İş təcrübəsi çərçivəsində müxtəlif sahələrdə nailiyyətlər əldə etmişdir. Şəhruz Həsənli, müxtəlif banklarda pərakəndə bankçılığın təşkilatlanması, korporativ bank məhsullarının yaradılması və digər layihələrdə iştirak etmişdir. Ayrıca, şirkətlərin mobil tətbiqləri, internet bankçılıq, kart sistemləri, ödəniş sistemləri, biometrik imzalar və identifikasiya sistemləri, süni intellekt ilə müştəri məmnuniyyəti kimi sahələrdə fəaliyyət göstərməklə yanaşı, cloud üzrə işləməkdədir. 

  Azintelecom

İNSTRUKTOR

Asif Əliyev

Asif Əliyev məhsul menecmenti istiqamətində 5 ildən artıq təcrübəyə malikdir. Sektorda fəaliyyət göstərdiyi müddət ərzində o Just Food, eManat, Guavapay kimi şirkətlərdə Məhsul Sahibi kimi çalışıb, beynəlxalq Yandex şirkətinin məhsul komandasında fəaliyyət göstərib.

Asif eyni zamanda ABB tərəfindən təşkil olunan hackhathonda iştirak etmiş və komandası ilə uğurlu nəticə göstərmişdir. Mütəxəssis vaxt mütəmadi olaraq ahə üzrə keçirilən qlobal tədbirlərdə, festival və yarışmalarda iştirak edir.

  Guavapay

RANDEVU AL

Proqramda iştirak etmək istəyirsən? Əla! Akademiya səni tanımaq istəyir. Ətraflı məlumat əldə etməklə bağlı randevu almaq üçün aşağıdakı formu doldur.

RANDEVU AL

Müraciət göndərildi

Müraciətiniz qeydə alındı. Ən qısa zamanda geri dönüş ediləcək.

Nədir?

Data Science, müxtəlif alət, üsul və texnologiyaları bir araya gətirib, datalardan nəticə əldə edərək  bu nəticəni müəyyən bir problemin həlli üçün istifadə edir. Bu sahə 4 təməl yol izlənərək verilənlər bazası üzərində işləməyi təmin edir. Bir Data Scientist işə data əldə etməklə başlayır, bu dataları nizamlayır, modelləşdirir və sonda nəticələri dəyərləndirir. Bir sözlə, Data Science hansısa bir məhsul və ya şirkət üçün öncədən biznesyönümlü proqnozlar verir,  fərqinə varılmayan boşluqları ortaya çıxara bilir və bunun həlli yönündə məlumatlar depolayır. Bunun nəticəsində şirkətlər innovasiya və yeniliklər edə bilir, müştərilərinə daha yaxşı təkliflər edərək müştəri məmnuniyyətini artıra bilir. Bu səbəbdən Data Science getdikcə daha da prestijli sahəyə çevrilir və günümüzdə bu sahənin mütəxəssislərinə şirkətlərdə olduqca böyük tələb mövcuddur.

BU TAM MƏNLİKDİR
Data Science

Proqram məzmunu

    • Programming Fundamental
      Bu modulda tələbələr data tipləri və funksiyaları haqqında ümumi təsəvvürlər əldə edirlər.
    • Statistics
      Bu modulda sahənin özəyi sayılan Statistika-nın incəlikləri sıfırdan öyrənilir, “Covariance” və “Correlation” statistik indiqatorların işləmə prinsipləri, Hypothesis Testing, Chi-Square Testing, A/B Testing kimi biliklər praktika əsasında tədris edilir.
    • Data Literacy and Analysis
      Bu modulda tələbələr data tipləri və funksiyaları haqqında ümumi təsəvvürlər əldə edirlər.
    • Machine Learning
      Bu modulda sahənin özəyi sayılan Statistika-nın incəlikləri sıfırdan öyrənilir, “Covariance” və “Correlation” statistik indiqatorların işləmə prinsipləri, Hypothesis Testing, Chi-Square Testing, A/B Testing kimi biliklər praktika əsasında tədris edilir.
İNSTRUKTOR

Mammad Abbasli

Məmməd Abbaslı data elmi sahəsində seçilən mütəxəssislərdəndir. Onun çox yüksək səviyyədə təhlil, problemlərin həlli və proqramlaşdırma bacarıqları var. Fəaliyyət göstərdiyi sahələrdə, xüsusilə bankçılıq və proqram təminatı sahəsində keçirdiyi vəzifələrlə çox zəngin bir iş təcrübəsinə sahibdir.

Yildiz Technical University-də tamamladığı kompüter elmləri bakalavr təhsili ilə güclü akademik təcrübəyə sahibdir. Məmməd'in layihələri arasında risk idarəetməsi, büdcə planlaşdırması və obyekt aşkar etmə kimi müxtəlif sahələrdə data optimallaşdırma həlləri var. 

ABB Bank

RANDEVU AL

Proqramda iştirak etmək istəyirsən? Əla! Akademiya səni tanımaq istəyir. Ətraflı məlumat əldə etməklə bağlı randevu almaq üçün aşağıdakı formu doldur.

RANDEVU AL

Müraciət göndərildi

Müraciətiniz qeydə alındı. Ən qısa zamanda geri dönüş ediləcək.

Nədir?

Full Stack Development tətbiqlərin və veb-saytların sıfırdan hazırlanmasını təmin edir. Buna görə də bu ixtisas özündə həm Front End, həm də Back End proseslərini cəmləşdirir. Gündəlik istifadə etdiyin və sevdiyin bütün tətbiqlər, alış-veriş etmək, məlumat almaq və bir çox vacib işlər üçün istifadə etdiyin veb-saytların hamısı Full Stack Developer-lərin portfoliosundandır. Şirkətlərin artan texnoloji ehtiyacları və bütün proseslərin rəqəmsallaşması Full Stack Developer-lərə tələbi gün keçdikcə daha da artırır.

BU TAM MƏNLİKDİR
Full Stack Proqramlaşdırma

Proqram məzmunu

    • Web Development Fundamentals
      Bu modul üzrə tələbələr Web Development nədir, hansı tool-lardan istifadə olunur, Back End və Front End Development arasındakı fərqlər - kimi təməl anlayışları öyrənir.
    • Algorithmics
      Alqoritmlərin işləmə məntiqini anlamaq developer-in işləyən və etibarlı kod yaza bilməsi, problem həll etmə bacarqlarının inkişafı üçün vacibdir. Full Stack Development-də alqoritmlər data strukturları, məlumatların təhlili və optimallaşdırma kimi mürəkkəb problemlərin həllində mühüm rol oynayır. Bu modul üzrə tələbələr praktika əsaslı dərslərlə alqoritm məntiqini anlayır və təcrübə edir.
    • Veb-saytların işləmə prinsipləri
      Brauzerin işləmə prinsipləri nədir? Veb sorğuları və server cavabları necə işləyir? - kimi təməl sualların cavabı bu modul üzrə tədris edilir.
    • HTML
      Bu modul üzrə tələbələr HTML sintaksisi və əsas strukturu, blok elementləri və daxili elementlər, başqa səhifələrə keçid, yeni pəncərələrdə keçidlərin açılması kimi başlanğıc biliklərlə yanaşı, HTML sinifləri və obyektləri, Internal links, Favicons, Pathing, kod formatlaşdırma kimi əsas anlayışları da öyrənir.
    • CSS
      CSS-in işləmə mexanizmləri, CSS pozisiyaları(Relative positioning, Absolute positioning, Fixed positioning, Sticky positioning), Flexbox və Grid layout-ları, media sorğusu sintaksisi kimi mövzular bu modul üzrə tədris edilir.
    • JavaScript
      JavaScript veb-səhifənin interaktivliyi və dinamikliyini təmin edir. Bu modulda tələbələr JavaScript-in sintaksisi və konsol girişi, JavaScript massivləri, String metodları, JSON və Ajax kimi anlayışları praktika əsaslı dərslərlə öyrənir.
    • MYSQL
      MySql database menecmenti sistemidir. Bu modulda MySql işləmə mexanizmləri, data tipləri və funksiyaları, serverin mühafizə olunması kimi mövzular tədris olunur.
    • Java
      Bu modulda tələbələr Java proqramlaşdırma dilinin incəliklərini, istifadə olunan metodları, konstruktor tiplərini, Java framework-lərini, statik və final keyword-lərin işləmə prinsiplərini öyrənir və tətbiq edir.

RANDEVU AL

Proqramda iştirak etmək istəyirsən? Əla! Akademiya səni tanımaq istəyir. Ətraflı məlumat əldə etməklə bağlı randevu almaq üçün aşağıdakı formu doldur.

RANDEVU AL

Müraciət göndərildi

Müraciətiniz qeydə alındı. Ən qısa zamanda geri dönüş ediləcək.