3D Design Instructor
Advanced UX&UI ixtisası sektorda real iş təcrübəsinə malik UX&UI Dizaynerlərini bu sahədə ixtisaslaşdırmaq və biliklərini təkmilləşdirməyə yönəlib. Sektorda böyük təcrübəyə malik instruktor tərəfindən tədris olunan Advanced UX&UI ixtisasında tələbələr real təcrübələrdən yararlanaraq ən effektiv həllər yaratmağı öyrənir.
Tədris zamanı tələbələr müxtəlif komandalar yaratmaqla rəqəmsal məhsullar üzərində birlikdə işləyir, nəticələri təhlil edir və məhsulun inkişafı ilə bağlı yol xəritəsini hazırlayır.
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
İxtisas üzrə fərqlənən tələbələr
Bootcampda iştirak etmək istəyirsən? Əla! Akademiya səni tanımaq istəyir. Ətraflı məlumat əldə etməklə bağlı randevu almaq üçün aşağıdakı formu doldur.
Müraciətiniz qeydə alındı. Ən qısa zamanda geri dönüş ediləcək.
Art Director reklam, film, televiziya, çap və bu kimi kommunikasiya kanallarının konseptuallaşdırılmasını və vizual idarəetməsini həyata keçirir. Art Director-un əsas məqsədi vizual kommunikasiya vasitəsilə bir konsepsiyanı həyata keçirmək və mesajı nəzərdə tutulan auditoriyaya təsirli və yaddaqalan şəkildə çatdırmaqdır.
Art Director bir layihənin əvvəldən sona kimi vizual istiqamətinə nəzarət etmək üçün məsuliyyət daşıyır. Art Director-un əsas iş yükü isə kreativ konsept və ideaların yaradılması, vizual elementləri uyğunlaşması üçün öngörmək, kreativ komanda ilə işləmək, dizayn trendlərini biznes üçün daim nəzarətdə saxlamaqdan ibarətdir.
Günümüzdə eyni seqment üzrə müxtəlif markaların olduğunu nəzərə alsaq, hər bir marka özünəməxsus vizual konseptlər yaratmaqda maraqlıdır. Bu səbəbdən Art Director-lara maraq günü-gündən artır.
Proqrama müraciət edən şəxslərin sahə üzrə bilik və bacarıqlara malik olması tələb olunmur. Proqramın məzmunu yeni başlayan şəxslərə uyğun tərtib olunduğundan hər kəs qoşula bilər.
Tədrisin ilk dövründə “Art Direction nədir və bir Art Director nələr edir?” - kimi suallara cavab tapılacaq və sahə ilə bağlı ümumi bir təsəvvür yaradılacaq.
Bir Art Director-un vizual kommunikasiyanı ön görməsi, konsept inkişafı, branding və identity üçün marketinq və brendləşdirmə anlayışlarının olması zəruridir.