BDA’nın bizim əməkdaşlarımıza göstərdiyi xidmətdən dolayı onlara dərin minnətdar..
Ətraflı baxUX&UI, Qrafik dizayn, İnteryer və Animasiya dizaynerləri yetişdirən müasir və dəbli dizayn akademiyası
Yuxarıdakı adlar qəliz görünür? Üzərilərinə kliklə və hər birinin sadə açıqlaması ilə tanış ol! Gəl birinci ən çox maraqlandığınla başlayaq!Qrafik dizayn, şəkil və yazı vasitəsilə informasiya ötürülməsi və vizual problemlərin həlli prosesidir.
Dizayn Akademiyasında dərs proqramı həm yerli, həm də xarici bazarın bütün tələblərinə tam cavab verəcək formada hazırlanıb. Dizayn mütəxəssisləri tərəfindən tədris edilən 6 aylıq dizayn dərslərilə siz qrafik dizaynı mərhələlərlə 0-dan öyrənəcək və yaradıcılıq potensialınızı tam şəkildə ifadə edəcəksiniz!
“UX&UI dizayn zarafat kimidir. Əgər onu izah etməlisənsə, deməli yaxşı deyil.”
Hər nə qədər adları birlikdə hallansa da, bu iki dizayn sahəsi müəyyən fərqlərə sahibdir.
UI dizayn virtual məhsulların - vebsayt, mobil tətbiqlər - interfeysinin zövqlü, rahat və funksional şəkildə dizayn edilmə prosesidir. UX isə həmin məhsulların istifadəçi təcrübəsinə əsasən ən rahat və funksional formada hazırlanmasıdır.
Vaxtın yüksək dəyərə sahib olduğu 21.ci əsrdə insanlar informasiyanı mümkün olan ən qısa formada almaq istəyir. Bu zaman isə Animasiya Dizaynı “hərəkətə keçir”!
Animasiya dizayn, qrafik kontentlərin (şəkil və ya illustrasiya) ardıcıl yığılaraq hərəkətə gətirilməsidir.
Bu sahə həm kinematoqrafiya, həm də qrafik dizaynın prinsiplərinə əsaslananır.
İnteryer dizayn - bina və tikililərin interyerinin insan ehtiyaclarını qarşılayacaq, estetik, təhlükəsiz və funksional şəkildə dizayn edilməsidir.
Qısacası, bu sahənin mütəxəssisləri ən sevdiyiniz kafenin, kinoteatr və ya ofislərin, həmçinin bütün tikililərin daxili dizaynından məsuliyyətli olan şəxslərdir. Bundan əlavə mebellərin sıfırdan dizaynı da interyer dizayna daxil edilir. İnteryer dizayn peşəkarı olmaq üçün rəng, material, işıqlandırma, dekorasiya və s. kimi prinsipləri mükəmməl formada mənimsəmək lazımdır.
İlk olaraq dizayn dünyasının dörd nəhəng sahəsindən birini seçərək gələcəyini Akademiyada dizayn etməyə başla!
Dizaynın prinsip və qanunlarını mütəxəssislər tərəfindən keçirilən praktika əsaslı dərslərdə öyrənərək dizayn təhsilini ən keyfiyyətli formada al!
Zəngin bilik, yerli və xarici bazarda tanınan diplom və şəxsi portfolio ilə məzun ol və özünü gələcək uğurlarına hazırla!
Sayt üzərindən etdiyiniz müraciətlər 2 iş günü ərzində geri dönüş alacaqdır.